Menopauza menstrual siklın qalıcı olaraq olmamasıdır, yəni xanımların gördüyü ən son menstrual sıkla deyilir. Xanımların əsasən yumurtalıq funksiyasının itirməsidir, yəni yumurtlamamasıdır.
Bu, bir damlanın son nöqtəsidir, bunun əvvəli və sonrası var, bu bir keçid dövrüdür. Son menstrual qanama birdən birə olmur. Yumurtalıqda və genital orqanlarda bir sira deyişikliklər yaranır. Onlardan xəbərdar olmaq çox vacibdir. Biz bu dövrə menapauza deyirik.
Menapauza dedikdə ilk ağlımıza gələn 60 yaşının üzərində olan xanımlar olur. Ancaq menapauza sadəcə yaşlı xanımlara adi bir dövr deyil. Uşaqlığın götürülməsi zamanı da menapauza müşahidə edilir. Əgər yumurtalıq saxlanılarsa menapauzaya girmiş olmurlar, hormon ifrazi davam etməkde olur. Hətta 49-50 yaşa qədər davam edə bilir. Erkən və ya prematur menapauza qadınların təxmin etdiyimizdən daha sıxdır (15-45) yaş arası.
Erkən və ya prematur menopuza nədir?
Menapauzanın erkən başlanması çox sıx prematur menapauzayla qarşılaşdırılır. Əslində isə 2 ayrı vəziyyətdir. Əgər menapauza 45 yaşdan əvvəl başlayarsa erkən menapauza, 40 yaşdan öncə 45 yaşdan əvvəl başlayarsa erkən menapauza, 40 yaşdan öncə başlayarsa prematur menapuzadır.
Premenapauza edilən araşdırmalarda 7 ilə 10 il arası dəyişir. Son menstrual qanamadan 1 il keçdikdən sonra menapauza diaqnozu qoyuruq. Əgər 6 ayda bir qanama olarsa, menapauzadasız demirik bundan sonrakı dövrə postmenapuza dövrü deyirik. Qadınların 10,000 də biri 20 yaşdan əvvəl 1000-də biri 30 yaşdan əvvəl 100-də biri isə 40 yaşdan əvvəl menapauzaya girir.
Ən vacib olan isə premenapauzadan xəbərdar olmaqdır. Əgər 40 yaşından əvvəl menstrual sıkıldan
kəsilə və üstündən 1il keçmişsə bu zaman erkən menapauza dövründən xəbersizdilər. Sonsuzluq problemi olan və ya menapauza əlamətləri olan gənc qadınların bir qismində altda yatan səbəb erkən menapauzadan başqa bir şey deyildir.
Səbəbləri:
Sıxlıqla gənc yaşda menapauzaya girmə səbəbi tapılmır. Bu, xanımlar üçün qəbul edilməsi çox çətin bir vəziyyətdir. Esasen övlad sahibi olmağı gecikdirən qadınlar üçün üzücü və travmatik ola bilər.
- Prematur over (yumurtalıq) yetməzliyi qadınların erkən yaşda yumurtalıq fealiyyəti dayanmışdır. Həm yumurta əmələ gəlməsi həm də yumurtlamaq üçün hormon əmələ gəlməsi olmaz.
Otoimmun xəstəliklər (sklerodermiya, qurd esebeyi) autoimmun hemalitik xəstəlik (vitiligo, insulindən asılı şəkərli diabet) prematur yumurtalıq yetməzliyi 65% səbəb olaraq götürülür. Bu xəstəliklər immun sisteminin hələ də bilinməyən səbəbləri öz bədənini düşmən olaraq görür və öz orqanlarını, toxumalarını başqası kimi hiss edir.
Yumurtalıq və məhsullarına qarşı antikor ifraz edir (təxribat aparır😊) bu vəziyyət menapauzanın ortaya çıxmasına səbəb olur. Genetik faktorlarda bu vəziyyətdən məsuliyyət daşıyır. Menapauzaya girmə yaşını təyin edərkən ən vacib amil ananın menapauzaya girmə yaşıdır, 5 % qadınlarda anaların izi ilə gedir və erkən menapauzaya girir.
Bəzi qadınlarda X (xromosomdakı anomalilər Turner (XO) sindromu Fragile (F sindromu) ilə dünyaya gəlir və menapauzanın görəcəyi vaxtdan evvəl yumurta yaranması pozular. Bəzi xanımlar isə az sayda yumurta ilə doğulmuşdur. Qız uşaqları dünyaya gəldikdə yumurta sayı 2 milyon, yeniyetməlik dövründə 400,000, doğurqanlıq dövründə isə 1000 yumurta itirir.
Prematur yumurtalıq yetməzliyi olan ara-ara menstruasiya görə bilir və nadir hallarda bu dövrdə öz-özlüyün dən hamilə qala bilir. Prematur yumurtalıq yetməzliyində sonsuzluq vacib bir problemdir və övlad sahibi olmağı gecikdirən aillələr üçün yıxıcı ola bilir. Bu vəziyyətdə ki xanımlar sonsuzluq müalicəsində şansı çox aşağı olur. Bəzi cütlüklər başqasının (donor) yumurtası ilə süni mayalanma etdirərək hamilə qala bilər. - Cərrahi menapauza – bəzi sağlamlıq problemi ilə bilərək menapauza yaratmaqdır. Endometriozis, tubaovarian abses və yumurtalıq xərçəngi səbəbi ilə iki tərəfli ooforektomi (yumurtalıq xaric edilmesi). Bu əməliyyat yumurtalıq funksiyasını sonlandırır,estrogen hormonun səviyyəsi düşür və xanım menapauzaya girir.
- Xərçəng müalicəsi sonrası menapauza
Xərçəng müalicəsi üçün tədbiq edilən ximyaterapiya və ya şüa müalicəsi sonrası meydana gələ biler. Ximya və Şüa terapiyası xərçəng hüceyrələrini öldürə bilir və çox teessüf ki, sağlam hüceyrələri də məhv edir. Əsasən saç hüceyrələri, yumurtalıq hücəyrələri də risk altındadır. Bezi qadınlar keçici bəziləri isə qalıcı olaraq menapauzaya girir. Bu müalicə erkən yaşda verilsə erkən menapauzaya girər. - İnfeksiya erkən menapauzayla bağlantılı ola bilər və hormonal tarazlığı poza bilər. Ancaq bu vəziyyət çox nadirdir.
- Erkən menapauzanın əlamətləri nədir?
Prematur menapauza əlamətlərı əsas olaraq təbii menapuza ilə eynidir. Xanımlarda gecə tərləmələr, istilik basma, vaginal quruluq, baş ağrısı, əzələ ağrısı, yuxusuzluq, depresiya, unutqanlıq, libidonun itməsi (cinsi istəksizlik) bu kimi şikayətlər yaranır.
Azerbaycanda ortalama menapuza yaşı 49-50 yaşdır. Bunun əlamətləri menstrual sikldə azalma erkən 40 çenstrual sikl 20 gündə 1-ə düşür. Əslində gec yaşlarda isə uzanır, istilik basma, tərləmə estrogen hormonun azalması ilə əlaqədardır.
Mərtəbə-mərtəbə dəyişir, ilk öncə nəsil artırmada azalma daha sonrası menstrual düzənsizliyi, sonra istilik basma, tərləmə başlayır. Menapauza olduqdan sonra vaginada quruluq, əlaqə zamanı ağrı, cinsəl istəksizlik bu da ağrıya bağlı daha sonra sümük əriməsi, osteoporoz, osteopeniya, ürək qan damar sistemində dəyişiklik, bunlar gec menapauzayla başlayır yaşlılıqla birlikdə 60 yaşın yuxarısında isə sinir sistemi ilə əlaqəli psixolojı vəziyyətlər. Misal üçün: parkinson, dopamin neyronlarının dağılın məhv olması (duruşun pozulması, tarazlığın pozulması, tremor, altzeymer (unutqanlıq) dəridə dəyişikliklər, dəridə qırışlar, saçların tökülməsi, dırnaqların kövrəkləşməsi, bunlar menapauzanın erkən dövründə olan vəziyyətlərdir.
Uşaqlıgı olan xanıma müalicə tədbiq etdikde 2 hormon birlikdə progestoron, esteogen kombinə. Uşaqlığı olmayan xanımlarda tək estrogen müalicə tədbiqi edilir. 45 yaşdan əvvəl mütləq hormon yerinə qoyma müalicəsi tədbiq edilməlidir