+994 55 337 87 37

Sistoseli (sidik kisəsi sallanması) nədir?

by Apr 8, 2020Sistoseli

Paylaşmaq üçün

Sistoseli olaraq bilinən (sidik kisəsinin sallanması), bir qadının sidik kisəsi ilə vagina divarı arasındakı dəstək təbəqəsinin zəifləyib uzanması və sidik kisəsinin vaginaya düşməsidir.

Çanaq orqanlarını dəstəkləyən bağların gerilməsi ani sistoselə səbəb olur. Bu gerilmə vaginal doğum əsnasında və ya xroniki qəbizlik, şiddətli öskürmə və ya ağırlıq qaldırdıqda yaranır.

Qadınlarda 4 tip sidik kisəsi sallanması vardır:

  • 0 və 1-ci dərəcəli sidik kisəsi sallanmasını pasiyentlər hiss etmir, ona görə əyani müayinə vasitəsilə təyin edilir;
  • 2-cü dərəcəli sallanma zamanı qabarma;
  • 3-cü dərəcəli sallanmada artıq şarabənzər bir kütlə hiss edilir.
Sidik kisəsi sallanma dərəcələri

85% hallarda sidik kisəsi uşaqlıqla birlikdə sallanır, 15% hallarda isə tək sidik kisəsi.

Bəs sidik kisəsi sallanması necə yaranır?

Çox sayda doğum, normal doğum, iri çəkili döl, yaşın irəliləməsi, ağır yük qaldırma, daimi öskürək, siqaretdən istifadə, astma xəstəliyi, hormon əskikliyi, qəfil ayağa qalxma kimi səbəblərdən ərsəyə gələ bilər.

Şikayətlər: asqırdıqda, öskürdükdə, idman etdikdə, pilləkən qalxdıqda sidik qaçırma müşahidə edilir. Bu əlamətlər ən çox 3 və 4-cü dərəcəli sallanmada hiss olunur. 1 ve 2-ci dərəcəli sallanma zamanı ildə 1-2 dəfə bu cür hallar müşahidə edilir.

Sidik saxlamazlığın bir neçə tipi var:

  1. Stres tipli
    Stres tipli sidik qaçırma menopauzadan sonrakı dövrdə tez-tez müşahidə edilir. Cərrahi müdaxilə olunur. Digərlərinə isə medikamentoz üsul tətbiq etmək mümkündür.
  2. Sıxışma tipli
    Sıxışma tipli qaçırma zamanı, sidik kisəsi dolu olmasa da, pasiyent sidiyə getmək istəyir. İnfeksiya və sidik kisəsindəki daşla bağlı.
  3. Daşma tipli
    Daşma tipli sidik buraxma halında pasiyent sanki sidik kisəsinin tam dolduğunu hiss edir.
  4. Total
    Bu tipdə gecə-gündüz dayanmadan sidik qaçırılır.
  5. Qarışıq
    Qarışıq tipli sıxışma və stres tipli bir arada təsadüf edilir.

Sistoseli Müayinəsi

Yatarkən və ayaqda olduqdada müayınə etmək mümkündür, ancaq ən düzgün müayınə uzanaraq müayinə etməkdir. Çünki artıq sallanmanın dərəcəsini təyin edirik və sallanmaya əsasən dərman və ya cərrahi müdaxilə qərarını veririk.

Dəstəkliyici cihaz (Peser) sidik kisəsini dəstəkləmək üçün vaginaya yerləşdirilən plastik və rezin halqalardır. İlkin olaraq həkim cihazın (Paser) yerləşdirilməsi, yenidən çıxarılıb təmizlənərək istifadə edilməsi haqqında pasiyenti məlumatlandırır.

Cərrahi müdaxilə – TOT, TVT (transobturator tape və ya transvaginal tape) icra olunur. Cərrah alt qarın nahiyəsində və vaginada çox kiçik kəsik aparır. Vaginada açılan bu dəlik iynənin keçə biləcəyi böyüklükdə olur. Xüsusi bant sidik kisəsinin ətrafından keçirilir, uşaqlıq və sidik kisəsi qaldırılır.

Əməliyyat 15-20 dəqiqə davam edir. Spinal və ya yerli anesteziya ilə icra edilir, pasiyentin xəstəxanada qalmasına ehtiyac olmur. 3-5 günə özünü tam bərpa etmiş olur.


Paylaşmaq üçün