+994 55 337 87 37

Vaginoplastika nədir və nə zaman icra olunur?

by Apr 4, 2020Vaginoplastika

Paylaşmaq üçün

Vaginoplastika – uşaqlıq yolunun daraldılması üçün icra olunan əməliyyatdır. Vagina (uşaqlıq yolu) həm estetik, həm də fiziki olaraq qadınlarda şikayətə səbəb olur.

Vagina funksional olaraq bir nəsil törətməkdə iştirak edən orqandır. Bununla birlikdə cinsi istəyin əsas simvolu olması səbəbi ilə görüntüsündə həyatın bütün dövrlərində gənc qız olduğu kimi olması gözlənilir.

Fərqli toplumlarda bir çox kişinin ideal qəbul etdiyi bir görüntüsü vardır. Xarici dodaqların iç dodaqları örtdüyü qapalı bir qurluşdur.

Vagina, xaricden vagina girişini və kiçik dodaqları örtən böyük dodaqlardan (Labia Majora) ibarətdir. Bu dodaqlar sayəsində vagina girişi bağlanır. Xarici mühitdən izole edilir. Bu da böyük dodaqların yastığa bənzər elastik forması hesabına olur.

Böyük dodaqların altında kiçik dodaqlar (Labio Minora) vardır və bu hissə vaginayla bağlantılıdır. Kiçik dodaqlar vagina girişini qoruyan təbəqə olmaqla birlikdə cinsi həzzin yaranması hesab edilən klitordan sonra 2-ci yerdədir.

Üç parçadan yaranan iç dodaqlar. Bu 3 parça ayrı-ayrı dəyərləndirilir. Kiçik dodaqlardan sonra vagina gelir. Doğumda genişlənən və zamanla yırtılan əzələlər bunlardır. Bu əzələlərin yırtılması, genişlənmə və elastiklik qabiliyyətinin itməsinə səbəb olur.

Vagina (uşaqlıq yolu) genişliyi düzəlmədiyi zaman sağlamlıq cəhətdən problem yaratmaqla birlikdə cinsi həzzin və cinsi həyatın keyfiyyətinin düşməsinə səbəb olur.

vaginanın anatomik quruluşu

Günümüzdə vaginal estetik (vaginoplastika) ilə qadınlar istədikləri ideal vagina görüntüsünə sahib ola bilerler.

Vagina əzələlərinin zəifləməsi ilə ortaya çıxan bu problem erkən vaxtlarda Kegel hərəkətləri ilə vagina əzələlərini möhkəmləndirir və nəticədə prosesi ləngidir. Ancaq zaman keçdikcə vaginoplastika əməliyyatı, tək çarədir.

Qadınlarda cinsiyyət orqanlarının forma ve görünüşündə yaranan dəyişiklik, doğumlardan sonra, bezen anatomik quruluşunda defarmasiyalar olur.

Vaginaplastika görüntüdən çox funksional, psixolojı vəziyyət önəmli faktorlardan biridir. Bu barədə Jamce Macartney Brighton “Fringer” festivalında 400-ə yaxın qadın cinsiyyət orqanın sərgisini etmişdir.

O bununla deyirdi ki, “Genital bölgənin görüntüsü bir üz görüntüsü kimidir, çox xarakterikdir və kişiyə özəldir. Son illərde vaginaplastikaya çox böyük istək ve tələblər yaranıb.

Vaginaplastika estetik cəhətdən 2 qrupa bölünür:

  1. Funksional səbəbdən 62 % etdirir
  2. Estetik səbəbdən 38% etdirir

Vaginaplastikanı hansı vəziyyətdə icra etmək lazımdır?

  1. Çoxsaylı doğumlardan sonra cinsiyyət orqanının elastikliyinin itməsi
  2. Anadangəlmə defarmasiyalar
  3. Çətin keçən doğumlardan sonra cinsiyyət orqanın defarmasiyası, epiziotomı
  4. İri döl.
  5. Vaginaplastika həmçinin xəstənin istəyinə və şikayyətinə görə icra olunar
  6. Doğumlar, partnyorunun şikayəti və illərlə cinsiyyət orqanın genişliyindən əziyyət çəkən xanımlar.

Vaginoplastika əməliyyatı niyə edilməlidir?

Genital bölgədə deformasiyalar:

Xarici dodaqda yastığa bənzər forma tədricən ərimələr başlayır, görüntünü pozur və iç dodağın xaricə çıxmasına səbəb olur. İç dodaqlar zamanla uzanıb rəngini dəyişə bilir.

Uzanan dodaqların nəmli olması sterillik baxımından qadınları narahat etməklə birlikdə estetik olaraq da, xoşa gəlməyən görüntüyə səbəb ola bilir. Doğumlar və cinsi aktivliklə birlikdə vaginada genişlənmələr yarana bilir.

Bütün bunlar birləşdikdə həm estetik həm də ciddi sterillik problemləri ortaya çıxır.

Vaginoplastika əməliyyat öncəsi

Hər əməliyyat öncəsi olduğu kimi, vagioplastika əməliyyatından öncə edilməsi vacib olan bəzi planlar var. Fiziki müayinə ediləcək planlamada ən önəmli məqamdır. Bu müainədə həkimlə birlikdə pariyentdə öz gözləntilərini paylaşmalıdır. Həkim isə ediləcək prosedurla bağlı məlumat verməlidir.

Vaginiplastika əməliyyatı

Vaginaplastika əməliyyatı spinal və yaxud ümumi anesteziya ilə aparıla bilər, bu pasiyentin istəyindən asılıdır. Əməliyyat ümumilikdə 40-45 dəqiqə çəkir.

Genital bölgə əməliyyatlarında vagina iç və xarici dodaqları eyni anda dəyərləndirilir. Problem hansı hissədədirsə o nahiyyəyə müdaxilə edilir. Çok vaxt isə bu üç nahiyəyə eyni vaxtda müdaxilə etmək lazım gəlir. Əməliyyatı içdən xaricə doğru başlamaq daha məqsədəuyğundur.

Vagina daraltmada vagina mukozası qaldırılır. Altdakı əzələlər bərpa edilir, artıq mukoza çıxarılır və vaginada uyğun bir sıxlıq və forma yaranır.

Daha sonra iç dodaqdakı artıqlıq çıxarılır. Burada ən önəmli məqam klitor bölgəsindəki təbəqənin çox yaxşı hesablanaraq çıxarılmasıdır.

Çox çıxarılma klitorun tamamən açılmasına səbəb olur və klitora iç geyimləri toxunduqda narahatlıq hissi verəbilir. Az çıxarılma isə klitoru çox örtəcəyindən xəbərdarlıq probləmlərinə səbəb olur.

Son olaraq böyük dodaqlara (Labia Majora) müdaxilə edilir. Buradakı məqsəd dodaqlara dolğun formanın verilməsidir. Beləliklə həm iç dodaq həm də vagina girişini örtərək estetik həmçinin steril ortam yaradılır.

Böyük dodaqlar adəten yaşla birlikdə dəri altı təbəqə əriyir və əvvəl ki görüntüsü itmiş, deformasiyaya uğramış olur. Bu itki dolğu maddələrlə tamamlanır. Ve ya labiofiling (öz yağından yerli anestezi altında alınır və daha sonra böyük və kiçik dodaqlara  xüsüsi konyul vasitəsi ilə yeridilərək gənc yaşdakı bir görüntü eldə edilir).

Əməliyyatda pasiyent heç bir ağrı hiss etməz. Vaginanın başlanğıc nöqtəsindən iç tərəfinə, arxa divarına qədər daraltma icra olunur.

vaginoplastika əməliyyatı

Vaginoplastika kiçik dodaq sallanmalarını düzəltdiyi kimi, eyni zamanda labioplastika icra edərək kombinasiya şəklində icra olunar və vagina daraldığı kimi, dodaqlar da kiçildilmiş olur.

Pasiyent 1 gün xəstəxanada qaldıqdan sonra evə yazılır. Hərəkət etmək, yatmaq, oturmağa heç bir məhdudiyyət yoxdur. Normal heyatına davam edir. 40 gün müddətində cinsi əlaqə qadağan olunur və qəbizlik olmamağa çalışırsınız.

Qəbizlik üçün düzgün qidalanmaq yetərlidi, əgər ehtiyac olarsa dərman dəstəyidə tədbiq etmək olar. Vaginoplastikada icra olunan saplar 2 həftə ərzində öz-özlüyündən düşür. Pasiyentin normal həyatına qayıtması 3-5 gün çəkir.

Cinsi əlaqədə qadınların orqazm yaşamasına təsir edən klitordur. Vaginoplastikadan sonra penis klitorla daha çox təmas etdiyi üçün əməliyyatdan sonra qadınların cinsi həzz alma və cinsi həyatları artmaqdadır. Vaginanın daha dar olması orqazmın keyfiyyətini artırar.

Vaginoplastika əməliyyatı olanlar təkrar doğum edə bilərmi?

Vagina elastik və genişlənə bilən bir orqandır. Vaginoplastika əməliyyatından sonra təkrar doğum ədərsə vagina elastiklənib genişlənə bilir. Bunun üçün vaginoplastika əməliyyatı doğum düşünməyən xanımlara icra edilir.


Paylaşmaq üçün