Uşaqlıqdaxili polip uşaqlığın daxili qatı olan endometriumdan yaranan dəyişiklikdir. Uşaqlıq daxili polip ən çox uşaqlığın fundus nahiyyəsində yaranır.
Endometrial polipin yaranmasına səbəb estrogen hormonu səbəb olaraq görülür. Polip uşaqlığın daxili qatında yaranan xoş xassəli bir ət parçasıdır. Endometrial polipin xərçəngləşməsi çox nadirdir. 1000 də 3-5 xərçəngə çevrilə bilər. Qadınlarda demək olar ki, hər yaşda təsadüf edilir.
Adətən menapauzadan əvvəl və menapauza dövründə daha sıx müşahidə edilir, bu toxumanın bəzi hissələrini normaldan çox böyüyərək uşaqlıq boşluğuna doğru itələndikdə polip meydana gəlir. İtələnmiş olan bu toxuma endometrium ilə elaqəsini kəsmir.
Əgər bu əlaqə çox incə olarsa buna saplı polip adı verilir. Bəzi vəziyyətlərdə isə endometrium ilə polip arasındakı bağlantı daha geniş bir yerə yayılır və geniş döşəməli bir polip meydana gəlir.
Saplı poliplər zaman içərisində uşaqlıq boynundan xaricə doğru çıxa bilər. Polipə dəqiq səbəb olan faktor yoxdur. Ancaq polip varlığı ilə birlikdə adətən endometrial hiperplaziyada bir arada görüldüyündə çox estrogenə bağlı olduğu düşünülür.
Endometrial poliplər bir və ya birdən çox ola biler, bəzən uşaqlıq daxilində yerləşən polip böyüyərək uşaqlıq boşluğuna doğru itələnir ancaq boşluğa doğru itələnmiş bu polip enfometrium ilə bağlantısını itirməz. Bu bağlantı çox incədirsə buna saplı polip adı verilir.
Bunlar zaman keçdikce uşaqlıq boynundan xaricə çıxa bilir bəzi vaxtlar isə endometrium ilə polip arasındakı bağlantı geniş bir yerə yayılır və geniş döşəməli poliplər meydana gəlir. Xaricə doğru itilen polip uşaqlıq boynundandan xaricə çıxa bilir.
Bəzi vaxtlar isə endometrium ilə polip arasındakı bağlantı geniş bir yerə yayılır və geniş döşəməli poliplər meydana gəlir. Xaricə doğru itələnən polip uşaqlıq boynundan da yaranacağı göz önündə olmalıdır.
Qadınlarda hər yaşda görülür ancaq post menapauza dövründə də sıx rast gəlinir. Ən sıx rast gəlindiyi yaş 39-50 yaş arasıdır. 100 də 10 görülmə sıxlığı vardır ancaq digər yaşlarda da rast gəlinir.
Endometrial poliplər nəyə səbəb olur?
1.Qanama
2.Düzənsiz qanama.
3.Həddən ziyadə qanama.
4.Övlad sahibi ola bilməmək.
Polipin əsas əlamətləri nələrdir?
1. Düzənsiz qanama.
2. Menstrual tsikl və menstrual tsikldən kənar qanama.
3. Cinsi əlaqə zamanı qanama.
4. Menstrual qanama əsnasında sancma hissi.
5. Menapauza sonrası qanama və axıntı.
Endometrial polip növləri
1. Hiperplastik poliplər. Endometrial hiperplaziyaya bənzər hiperplastik poliplər estrogenə bağlı.
2. Funksional poliplər Endometriuma bənzər ifrazat hüceyrələri daxildir.
3. Adenomiatoz poliplər. Əzələ toxumasına malikdirlər.
4. Atrofik poliplər. Funksional və ya hiperplastik poliplərin vaxtla öz xüsusiyyətlərini itirərək büzüşməsi fonunda yaranır.
5. Psevdopolipler – Yalançı poliplər adlanır. Adətən 1 sm-dən daha kiçik olurlar menstrual tsıklın 2 -ci dövründə ortaya çıxaraq adətən qanama ilə yox olurlar.
Diaqnoz necə qoyulur?
USM vasitəsi ilə. Xəstənin menstrual qanamalarının miqdarının artması ilə şübhələndikdə və ya təsadüfən uşaqlıq filmi HSG çekildikdə aşkarlanır (Ultrospnoqrofı uşaqlığa maye yeridilərək rentgen altında görüntülənir.
Histrosalpingrofiya kiçik poliplerin diaqnozunda yeterli olmayabileceyi üçün transvaginal USM vasitesile deqiqleşdirilir. Uşaqlıgın daxılı qatını ən dəqiq göstərən sonohistereoqrofiyadı – yəni (Sulu USM)
Histereskop isə gözlə görünən polipin eyni zamanda xaric edilməsidir və buna görə də ən geniş istifadə edilən üsuldur. Polipin alınmasına polipektomi deyilir, ümumi anesteziya altında aparılır 15 dəqiqə vaxt tələb edir.
Pasiyent həmən gün evə yazılır. Çox az ağrı ola bilər. Əməliyyatdan sonra polip yenidən yarana bilər. Sinə xərçəngində istifadə olunan tomoksifendə polip riskini artırar. Genetik faktorda böyük rol oynayır.
Tədqiqatlara göre 2 sm-dən kiçik poliplər, ekstra korparal mayalanmada hamiləlik riskini azaltmaz ancaq hamiləliyin düşüklə nəticələnmə riskinə səbəb olar.
Digər bir tədqiqata görə Polipin uşaqlığın daxilində glycodelin adlı maddənin artmasına səbəb olaraq yumurtanın döllənməsinə və embrionun implantasiya etməsinə mənfi təsir göstərir.