+994 55 337 87 37

COVID -19 sonsuzluq yaradırmı?

by Feb 25, 2021COVID-19, Sonsuzluq

Paylaşmaq üçün


COVID-19-un insanlar arasında sonsuzluq yaradıb yaratmayacağı haqda müzakirələr davam edir. Edilən tədqiqatlarda COVID-19 virusunun, üzərində ACE2 reseptorlarına rast gəlinir. Beləliklə virus orqanizmə daxil olduqda ilk yerləşəcəyi yer yumurtalıq, uşaqlıq, vaginadir.

COVID-19 pandemiyasında nəsil artırma funksiyalarının pozulub pozulmayacağı insanları maraqlandıran ən vacib məqamlardan biridir. Sürətlə yayılan pandemiya hesab edilen COVID-19 peyvəndı hər birimiz üçün bir ümüddir. Ancaq görünən odur ki, tamamən normala dönənə qədər də bir müddət bu qorxu ilə birlikdə yaşamaq məcburiyyətindəyik.

Virus hüceyrəyə nüfus etdikdə öz genetik ləvazimatını hüceyrənin generik skeletinin içinə yerləşdirib yaşamını davam etdirməyə çalışır. Hüceyrənin işləməsini pozar və bir zaman sonra öldürür. Yumurtalıqda və kişi cinsiyyət orqanında virusun tutunacağı 3 növ hüceyrə vardır.

1 – Leydiq hüceyrələri 

2 – Sertoli hüceyrələri

3 – Yumurtalıq hüceyrələri kişilərdə isə Sperm hüceyrələri

Leydiq hüceyrələri testestoron əmələ gətirir. Virusun əmələ gəlməsilə döllənmə və çoxalma kəsilir və hormon səviyyəsi düşür. Kişilərdə isə sperm sayı düşür, spermanın yaranması üçün testesteron həyatı önəm daşıyır.

Sertoloji hüceyrələr spermaların və yumurtalığın başlanğıc yazam dəstəyidir. Virusun təsirindən bu dəstəyin kəsilməsi yumurtalıq və spermanın yaranmasına ciddi ölçüdə tesir edir. Virus bir başa yumurtalığa və spermaya daxil olub ölümünə yol açır. Bundan başqa immun sisteminin zədələnməsi də yumurtalıq və sperma təsir edir.

COVID -19 keçirən xanımlarda yumurtalıqda iltihabi proses baş verməsə də yumurta rezervinin azalması müşahidə edilir. Bu pozulma virusun yox olmasının üzərindən 3 ay keçdikdən sonra daha da biruzə verir. Hər ne qədər yumurta rezervinə təsir etsə də, süni mayalanmada hamiləlik şansını nə dərəcədə azaldacağı məlum deyil.

Çinli və İzrail alimləri ACE2 proteini olduğundan SARS-COV-2 sonsuzluğa yol aça bilər. Rus alimləri isə bunun əksini deyir. Sadece SARS-COV-2 keçirmiş qadınların və ya hamilə qadınların sağlamlığının itirilməsinin vacib olduğu deyilir.

Qadınlarda ACE2-nin folikul yaranmasını və yumurtlamanı əmələ gətirən və endometrium təbəqə və embrio yaranmadakı dəyişikliyə təsir etdiyi aşkarlandı. Buna görə də koronavirus infeksiyası qadınların mayalanma prosesini poza bilir.

Alimlər, SARS-COV-2 nin ACE2 ekspresyon yolu ilə yumurtalıq və uşaqlıq, vagina və plasentaya keçəcəyi və bunun da xəstələr üçün sonsuzluğa təsiri dəyərləndirilir. Bundan başqa qadın hamilədirsə, menstrual tsiklın pozulmasına, fetusta nəfəs sıxıntısı sindromu və digər pataloji halların görüləcəyi de mümkündür.

Sağaldıqdan sonra qadınların doğurqanlıq dövrünün təqib edilməsinə bağlı xəbərdarlıq edilsin. Alimlərə görə, tək olaraq hansı qrup xəstə qruplarında bu cür komplikasyonlar yaranacağı və müalicə edilib edilməyəcəyi haqqında fikir demək üçün çox tezdir. Hamilə xanım isə karonavirusa yoluxduqda isə körpə də distress – sindrom yaranır.

Vaksin isə 2 doz halında aparılır və 2-ci doz vaksin dən sonra 2 at keçdikdən sonra hamiləlik üçün icazə verilməlidir. Vaksinin sonsuzluğa yol acıb açmayacağı haqqında nəsə demək üçün çox tezdir, ancaq sonsuzluq yaradacağına bağlı heç bir məlumat yoxdur.


Paylaşmaq üçün