+994 55 337 87 37

Hormon disbalansı nədir?

by Apr 17, 2020Ginekologiya, Hormon disbalansı

Paylaşmaq üçün

Yeniyetməlik dövrü, qadınların fizioloji və bioloji olaraq dəyişməyə başladığı bir dövrdür. Bu dəyişmələr beyin, yumurtalıqlar və uşaqlıqda yaranır. Beyindəki hipofiz nahiyəsində sintez olunan FSH və LH hormonları yumurtalıqları hərəkətə keçirərək xəbərdar etməyə başlayır.

Estrogen və progesteron hormonlarının uşaqlıq təbəqəsinə təsiri ilə menstruasiya görülür. Başqa bir məlumata görə, qadın hər ay bir ədəd yumurta hüceyrəsi əmələ gətirir. Yumurta sperma hüceyrəsi ilə birləşməsə, bu vəziyyət menstrual qanama ilə birlikdə azad olur və orqanizm yeni ovulyasiya prosesinə hazırlaşmağa başlayır.

Yumurtalıqlarda yumurta əmələgətirmə prosesinin başlaması ilə bədən həm estrogen, həm də progesteron hormonlarını aktivləşdirir. Beyin, yumurtalıqlar və uşaqlıq arasında yeni hormon sintezində yaşanacaq problem hormon disbalansına (pozulmasına) səbəb olur.

Hormon pozulmalarının yaranmasına ən başlanğıc səbəb, genetik və yumurta kistalarıdır. Bədəndəki bir çox hormonun sintez olunmasında məsuliyyət daşıyan hipofiz vəzisidir. Bəzən özündən qaynaqlanan xəstəliklər səbəbi ilə bir çox sağlamlıq probleminə əsas qoyur. Bu problemin başında gələn hipofiz vəzisi adenomalarıdır: yan qonşu orqan olan göz sinirlərinə basqı edir və görmə pozulmasına gətirib çıxarır. Cərrahi müdaxiləyə göstərişdir. Burun dəliklərindən girərək endoskopik cərrahiyyə sayəsində xəstələr komfortlu bir vəziyyətdə sağlamlığına geri qayıdır.

Hipofiz vəzisi hormonları və icra etdiyi işlər:

  • prolaktin (süd hormonu);
  • TSH, LH (cinsiyyət hormonu);
  • GH (böyümə hormonu);
  • ACTH (duz və su tarazlığı və kortizol ifrazı);
  • TSH (qalxanabənzər vəzi hormonu).

Qadınlarda ən sıx görülən hormon pozulmaları

Bunların başında, adətən, gənc yaşda qızlarda ovulyasiyanın düzgün irəliləməməsinin nəticəsində yaranan polikistik over sindromu olmaqdadır. Polikistik over sindromu bərabərində tüklənmə və menstrual düzənsizlik yaradır. Prolaktin hormonunun yüksək ifrazı menstrual düzənsizlik və sinədən süd gəlməsinə səbəb olur. Tiroid hormonunda qeyri-düzgün hormonal pozulma bədən sağlamlığı ilə birlikdə psixoloji problemlərə də yol açır.

Estrogen hormonu pozulmaları

Bu hormon pozulmaları qadınların menstrual sikli zamanı vacib rol oynayır. Bir qrup steroid hormonudur. Estrogen hormonu həm qadınlarda (xüsusən doğurqanlıq dövründə), həm də kişilərdə ifraz olunur.

Estrogen hormonu çatışmazlığı aşağıdakılara əsas qoyur:

  • sinədə kiçilmə;
  • vaginada quruluq;
  • cinsi əlaqə zamanı ağrı;
  • dəridə qırışlar;
  • saç tökülməsi;
  • uşaqlıq yolunda sallanma;
  • cinsi istəksizlik.

Estogen azlığından menopauza baş verir. Erkən menopauza dövründə qadınlarda tərləmə və psixoloji pozulma müşahidə edilir. Estrogen hormonu həddindən artıq ifraz olunursa, yumurtalıq funksiyasında pozulmalar yaranır. Estrogen köklük yaradır. Estrogenin çox olması sinə, uşaqlıq xərçənginə səbəb olur, eyni zamanda yağ miqdarını artırır.

Progesteron hormonu pozulmaları

Progesteron hormonu, uşaqlığı hamiləlik üçün hazırlayan qadınlıq hormonudur. Progesteron yumurtalıqlar tərəfindən sintez olunur. Hər ayın 2-ci həftəsində progesteronun səviyyəsi yüksəlir. Yüksələn progesteron səviyyəsi menstrual qanamayla birlikdə azad olur. Doğum nəzarəti tabletləri sintetik progesterondur. Progesteron hormonu funksiyaları pozulduqda qadının yumurtalığında kifayət qədər yumurta əmələ gəlməyə bilər. Progesteron təsiri qadının genital nahiyəsində öz əksini tapır. Estrogenin təsirini azaldır. Estrogenlə birlikdə bədəndə bəzi dəyişmələrə yol açır. Analara doğumdan sonra süd gəlməsinə səbəb məhz bu hormondur. Menstruasiya zamanı progesteron artır, nəticədə yuxu pozulması baş verir. Bu hormonun pozulması bütün problemlərin ləngiməsinə səbəb olur.

TSH hormonu pozulmaları

TSH hormonu beyindəki hipofizdə sintez olunur. TSH birbaşa tiroid hormonlarının fəaliyyətinə təsir edir və əskikliyi bir çox problemlərə səbəb olur. TSH hormonundakı problemlərdən digər tiroid hormonları da təsirlənir. Guatr xəstəliyi, sonsuzluq və menstrual pozulma müşahidə edilir.

Testosteron hormonu pozulması

Testosteron hormonu kişi hormonu olaraq bilinir. Qadınlarda, az miqdarda da olsa, bu hormon sintez olunur.

Testosteronun artması növbəti fəsadlara gətirib çıxarır:

  • saç tökülməsi;
  • dəridə səpgilər və yağlanma;
  • sonsuzluq;
  • gərginlik.

Androgen hormonu pozulmaları

Hiperandrogenizm, androgenin çoxluğu deməkdir.

Bununla bağlı yaranan dəyişikliklər:

  • qadın səs tellərinin qalınlaşması;
  • qadının bədən quruluşu dəyişir, qol və ayaq əzələlərində hipertrofiya müşahidə edilir, hipertrofiya ilə də kişi tipli bədən forması yaranır.

GH (böyümə hormonu)

Böyümə hormonları əzələ kütləsi yaratmağa köməklik edir, bəzi hormonlar da əzələləri qüvvətləndirməyi çətinləşdirir. Bu hormonlar insulinlə birləşir və əzələ kütləsinə birbaşa təsir edir.

Yaddaş azalması

Qadının menopauza dövründə hormon səviyyələrində azalma və hətta qarışıqlıq baş verir. Estrogen hormonunun azalması unutqanlıq və diqqət çatışmazlığına səbəb olur. Tədqiqatlarda stres yaşadığımız zaman yüksək miqdarda kortizol ifrazının qısamüddətli yaddaşa təsir edə biləcəyi aşkarlandı.

Ani aclıq tutmaları

Sıx-sıx aclıq hissetmə hormonların dalğalanmasından qaynaqlanır. Leptin və qrelin hormonları səviyyəsinin vacib olduğu tapıldı. Məsələn, leptin yemək yediyinizdə iştahanı azaldır. Qrelin iştahanı artırır və daha yeni yemək yemiş olduğunuza baxmayaraq, özünüzü ac hiss etməyinizə səbəb olur.


Paylaşmaq üçün