+994 55 337 87 37

Hamilə qalmanın düzgün yolları

by May 23, 2020Hamiləlik

Paylaşmaq üçün

Hamilə qalmaq üçün əvvəlcə insan öz bədənini tanımalıdır. Nəsil törətmənin necə olduğunu bilməli və menstrual sikli təqib etməlidir. Doğuma nəzarət dərmanlarının istifadəsi, stres, siqaret, spirtli içki və doğurqanlığa təsir edən bir çox problemlər hamiləliyin yaranmasının qarşısını ala bilər.

Bundan əlavə, kişilərlə bağlı problemlər də hamiləliyin qarşısını alan səbəblərdəndir. Nizamlı, qorunmasız cinsi əlaqəyə girən gənc qadınların hamilə qalma şansı 20%-dirsə, 35 yaşından yuxarı qadınlarda bu göstərici daha da azdır. Kişinin yaşı da hamiləliyin əmələ gəlməsində böyük rol oynayır.

40 yaşından yuxarı kişilərdə sperma sayı və hərəkətlilik azaldığı üçün hamiləlik şansı 25% düşür. Uşaq sahibi olmaq istəyən 35 yaşından yuxarı qadın və 40 yaşından yuxarı kişilərdə hamiləliyin olma ehtimalı 50% aşağı düşür. Cütlüklərin 1 il qorunmasız və nizamlı şəkildə əlaqədə olmaqlarına baxmayaraq, hamilə qalmırlarsa, hamiləliyin qarşısını alan hər hansı səbəb vardır. Bu vəziyyətdə həm qadının, həm də kişinin həkimə müraciət etməsi şərtdir.

Necə hamilə qalmaq olar?

Hamiləliyin təqribən 40 həftə davam etməsində bir çox faktor rol oynayır. Bunların başında doğru zamanda qorunmasız olaraq cinsi əlaqəyə girmək dayanır. Kişilər hər an nəsil törətmə üçün hazır olsalar da, qadın fiziologiyası bir az daha qarışıqdır. Qadınlarda menstrual sikl nəsil törətmə qabiliyyətinin davam etdiyini göstərsə də, müəyyən yumurta sayıyla dünyaya gələn və bu rezervlə həyatını davam etdirən qadınların yaşı irəlilədikcə hamilə qalma şansı azalır.

Menstrual qanama hər ay qadın orqanizmini hamiləliyə hazırlayır. Qadının hamilə qalması üçün menstrual sikl 21 ilə 35 gündə bir və ya ortalama 28 gündə bir olmalıdır. Menstrual sikl mütləq təqib edilməlidir. Sağlam menstrual sikl üçün vagina (uşaqlıq yolu), uşaqlıq, yumurtalıqlar və beyində yaranan 4 ayrı sistemin bir-biri ilə qarşılıqlı çalışmağı vacibdir.

Menstural sikl beyində başlayır. Beyində yer alan hipotalamus yenə beyində yer alan və bir daxili sekresiya vəzisi olan hipofiz vəzisinə siqnal göndərir. Hipofiz LH (lüteinləşdirici hormon) və FSH (follikul stimullaşdırıcı hormon) hormonlarını ifraz edir. Qanla qarışan bu hormonlar yumurtalıqlara çatır.

Yumurtalıqlarda yer alan yumurta follikullarına siqnal göndərilir və, beləliklə, yumurtalıq rezervində yaranan yumurtaların bir qismi böyümə vaxtına girir. Yumurtalar böyüdüyü və müəyyən ölçüyə çatdığı üçün çatlayır. Yumurta uşaqlıq və yumurtalıq arasındakı fallop borularına ötürülür, eyni vaxtda da yumurta follikulu estrogen hormonu ifrazına başlayır.

Yumurta borularda yavaş-yavaş uşaqlıq daxilinə irəlilədikcə follikulun ifraz etdiyi estrogen uşaqlıq divarının (endometrium) qalınlaşmasına səbəb olur. Bu qalınlaşma yumurtanın döllənməsi fonunda yaranan embrionun uşaqlığa implantasiya olunmasına yol açır. Estrogen hormonu spermanın vaginaya daxil olduqda borulara tərəf sürətli üzməsinə və orada uzun müddət yaşamasına imkan verir.

Borulara atılmış yumurta 24 saat, sperma isə qadın orqanizmində 4-5 gün canlı qala bilir. Hamiləliyin gerçəkləşə bilməsi üçün qadının ovulyasiya zamanını bilməsi son dərəcədə önəmlidir. Hər 28 gündən bir menstruasiya görən qadının yumurtladığı gün, adətən, 14-cü gündür, ancaq yumurtlama 12 ilə 18-ci günlər arasında olur. 35 gündən bir menstruasiya görən xanımlarda isə 19 ilə 25 gün arasında olur.

Hipofiz vəzisindən LH hormonu yumurta böyüdükdən sonra fallop borularından enənə qədər yüksəlir. Normal şərtlərdə LH hormonu ən üst səviyyəyə gəldikdən təqribən 24-36 saat sonra yumurtlama gerçəkləşir. Hamilə qalmaq istəyənlərin bu dövrdə düzənli olaraq cinsi əlaqəyə girməsi hamiləlik şansını artırır. Bunun üçün menstural təqvimi təqib etmək vacibdir. Apteklərdə satılan LH hormonunun səviyyəsini ölçməyə yarayan yumurtlama testləri yumurtlamanın olmasını göstərir.

Hamilə qalma üsulları

Bir ayda uşaq sahibi olmaq istəyən cütlüklərdən yalnızca 26%-i, 2 il hamilə qalmaq istəyənlərin isə 95%-i uğurlu olur. Hamiləliyin olması üçün qadının yumurtlama zamanını bilməsi və menstual sikli təqib etməsi önəmlidir. Bundan başqa, tiroid xəstəliyi, polikistik yumurtalıq sindromu, şəkərli diabet, endometrioz kimi problemlərin əvvəlcədən bilinməsi və müalicə edilməsi vacibdir. Zehni və fiziki olaraq sağlam olmaq hamiləlik üçün olduqca mühümdür. Artıq çəki və stres hamiləliyin qarşısında duran böyük maneələrdəndir.

Süni mayalanmadan sonra hamilə qalmağın bir sıra səbəbləri vardır. Bəzən hamiləlik gözləmədiyimiz anda baş verir. Cinsi əlaqəyə girdikdə stresdən uzaq durmaq lazımdır. Nizamlı şəkildə idman etmək, bədən kütləsi indeksini normallaşdırmaq stres səviyyəsinin azalmasında müsbət rol oynayır.

Hamilə qalma pozaları

Körpə sahibi olmaq istəyənlərin sağlam həyat tərzi seçməsi önəmlidir. Həm qadının, həm də kişinin zehni və fiziki olaraq sağlam olması, cinsi əlaqəyə streslə girməməsi hamiləlik ehtimalını artırır. Qadının menstrual sikl təqibi vacibdir. Cinsi əlaqəyə hansı pozada girdiyi deyil, əlaqəyə girdikdən qısa bir zaman sonra kürəküstü yatmaq hamiləlik şansını artıra bilər. Bəzi araşdırmalarda cinsi əlaqə sonrası bel nahiyəsinin altına yastıq qoyulması ilə spermanın fallop borularına üzməsinin asanlaşdırıldığı bildirilir.

Hər gün cinsi əlaqəyə girmək spermanın sayını və hərəkətliliyini azaltdığı üçün məsləhət görülmür. Bunun üçün cütlüklər müntəzəm olaraq cinsi əlaqəyə girməməlidirlər. İstifadə edilən bəzi dərmanlar hamiləliyin qarşısını ala bilər. Həkimdən soruşmadan hər hansı dərman qəbul etmək tövsiyə edilmir. Bir il ərzində nizamlı və qorunmasız cinsi əlaqəyə girməyinizə baxmayaraq, hamilə qala bilmirsinizə, həkimə müraciət etməyi mütləq nəzərdən keçirin.


Paylaşmaq üçün