+994 55 337 87 37

Aşılama proseduru nədir?

by Oct 9, 2020Aşılama, Hamiləlik

Paylaşmaq üçün

Aşılama müalicəsi (inseminasiya) ağrısız və asan bir sonsuzluq müalicəsidir. Aşılama etdikdə qadının hamiləlik ehtimalı artmış olur.

Aşılama EKO-dan (süni mayalanmadan) fərqli bir üsuldur. Aşılamaya bağlı evli cütlüklərin uşaq sahibi olma şansları bir xeyli artmış olur.

Müalicə proseduru

Qadının yumurtasının döllənməyə hazır olduğu zamanda labaratoriyada hazırlanmaya hərəkətli və yüksək miqdarda normal marfalogiyaya sahib spermaları incə bir katetir vasitəsi ilə uşaqlığın daxilinə yeridilməsi prinsipinə dayanan ağrısız və asan sonsuzluq müalicəsidir.

Belə olduqda yumurta maksimum sperma konsantrasiya ilə döllənir və hamilə qalma şansı artır. Aşılamada yumurta ilə sperma qadının fallop borusunda döllənir və dollənmiş yumurta olan embrio döllənmədən sonrakı 5-6 gün içərisində uşaqlıq divarına tutunur. Bu döllənmə və usaqlığa tutunma periodu normal yolla hamilə qalan xanımlarda olduğu kimi olur.

Aşılamaya göstərişlər:

Qadınlarda: Yumurtlama problemi, endometriozis, uşaqlıq boynu problemi, vaginizm.

Kişi: Meninin boşalma probleminde, anatomik problemlerde (hipospadiya) nevroloji. Meninin geri qaçdığı vəziyyətlərdə (diabet, multitipli skleroz) sayi, hərəkətlilik, forma pozğunluğu.

Digər səbəblər: Səbəbi bilinməyən sonsuzluq, yumurta sayının az olması, yaş faktoru. 38 yaşın üstü, sonsuzluğun 5 ildən cox olması, iş rejimi, stress, borularin yapışıqlığı. 

Aşılama

Menstrual siklln 2 və 3-cü günündən etibarən 10-12 günlük iynə və yaxud dərmanlarla yumurta hüceyrə böyüdülür və coxaldılır, hər 3 günden bir USM edilir və yumurtanın böyüməsi eyni zamanda endometriumun qalınliğı ölçülür.

Yumurta hüceyrə və endometrium istənilən ölçüyə çatdıqda çatlatma iynəsi vurulur, 36 saat sonra isə aşılama tədbiq edilir.

Aşılamaya gələn pasiyent sidik kisəsi yarım dolu vəziyyətde olur və USM altında xüsusi katetirla sperma uşaqlığa yeridilir. Pasiyent 30-40 deqiqə uzanıqlı vəziyyətdə qalır və daha sonra normal həyatına davam edir.

Aşılamadan sonra nələrə diqqət etməli: 

Stressdən, ağır fiziki işlərdən uzaq durmalı. Aşılamadan 15 gün sonra test edilir və  əgər hamiləlik varsa 20 gün sonra USM-da hamiləlik görünür.

Aşılama tədbiqində:

İlk aşılamada şans 10-20% olur. 4-6 aşılamadan sonra bu şans 60%-a qədər qalxır.

Hamilə qalmanın qarşısını alan faktor:

Qadının yaşı, sonsuzluq müddətində yetərli yumurtanın əmələ gəlməməsi, artıq çəki, zərərli vərdişlər (siqaret, spirtli içkilər) yumurtalıq rezervi, kisi yaşı, boru və usaqlığa bağlı problemlər.


Paylaşmaq üçün