+994 55 337 87 37

Cinsi disfunksiya nədir?

by Apr 17, 2020Ginekologiya

Paylaşmaq üçün

Ən az 3 cütlükdən birində həyatının müəyyən bir dövründə cinsi disfunksiya müşahidə edilir. Kütlə arasında ən çox rastlanılan psixoloji problemlər üzrə edilən araşdırmalarda qadın və kişi arasında fərq qoyulmaz. Ölkəmizdə ən çox vaginizm və sərtləşmə şikayəti ilə müraciət edirlər.

Səbəbləri

Cinsi disfunksiyanın həm fiziki (təbii), həm də psixoloji səbəbləri vardır. Çox zaman fiziki və psixoloji faktoru eyni zamanda incələmək lazım olur. Problem özünü fiziki, ya da dərman istifadəsindən biruzə verərsə, bir müddət sonra psixoloji faktor da bu prosesə qoşulacaqdır.

Cinsi disfunksiyanın yaranmasına gətirib çıxaran səbəblər.

  • cinsi dərslərin tədris edilməməsi;
  • həyat tərzi;
  • anormal ailələr;
  • travmatik cinsi münasibət;
  • şəxsi;
  • özünə inamın olmaması.

Cinsi disfunksiyanı başladan səbəblər:

  • diabet, şəkər, hipertoniya;
  • depressiya və digər psixoloji problemlər;
  • dərmanlar və yan təsirləri;
  • zərərli vərdişlər;
  • hamiləlik, doğum, südvermə;
  • münasibətdə yaranan problemlər;
  • qocalma;
  • xəyanət;
  • partnyorunu itirmə.

Cinsi istəksizlik

Adətən, xanımlarda bəylərdən daha çox rast gəlinir və bu problemlə həkimə müraciət edənlərin sayı 1-2%-ə bərabərdir. Buna səbəb cinsi istəkdən tam məmnun olmamaqdır və çox vaxt psixoloji hal daşıyır: kiçik yaşlardan başlayaraq, cinsi münasibətə qoyulan qadağalar və təsirlər, bundan qaynaqlanan utanma, özünü günahkar hissetmə. Sonradan yaranan disfunksiya isə cütlüklərin uyğunsuzluğu, stres, depressiya, dərman istifadəsi, müxtəlif xroniki xəstəliklərdən qaynaqlanır.

Müalicəsi

Əvvəla, altda yatan səbəbi araşdırmaq lazımdır, ondan sonra dərman müalicəsi və ya psixoloji dəstəyə ehtiyac vardır. Cütlüklər bu proseslərə birlikdə başlamalıdırlar.


Paylaşmaq üçün