+994 55 337 87 37

Hamiləlikdən qorunma üsulları – kontraseptivlər

by Sep 6, 2020Kontraseptivlər

Paylaşmaq üçün

Kontraseptivlər hormonal yöntəmlərdir və günümüzdə daha müasir yöntəmlər vardır.

Bu yöntəmlər 3 hissəyə bölünür.

1) Hormonal yöntəmlər
2) Mexaniki yöntəmlər
3) Qalıcı yöntəmlər

Qalıcı yöntəm dedikdə qadının və kişinin borularının kəsilib bağlanmasıdır və bu yöntəm çox az tədbiq edilən yöntəmlərdən biridir. Yüz də beş, yüz də on arasında dəyişir.

Mexaniki yöntəm isə xalq arasında daha çox spiral adı ilə bilinir. Biz xalq olaraq spiralı çox sevirik və dünyaya görə daha çox istifadə edirik.

Hormonal yöntəm dedikdə isə lazım olursa menstrual siklı gördürmək və yaxud gecikdirmək məqsədi ilə istifadə edirik. Uşaqlıqdan kənar hamiləliklərin azalması üçün doğumdan 6 həftə sonra başlana bilər ancaq hamiləlik inkar olunmalıdır. Bəzi məlumatlarda isə süd artırıcı təsiri vardır.

Hamiləlikdən qorunmaq üçün implantlar mövcuddur. Hansı ki, bazu nahiyyəsinə tədbiq edilir. İmplantın uzunluğu 3-4 sm-dir dəri altı yeridilir və 3 il müddətinə hamiləlikdən qoruyur.

  1. Kontraseptivler (İUC) intrauterincihaz yəni spiral.
  2. 1 aylıq iynələr
  3. 2 aylıq iynələr
  4. vaginal halqalar
  5. Vaginal sünger
  6. Gellər

Oral kontraseptivlər estrogen və progesteron tərkibli dərmanlardır və əsas təsir mexanizmi yumurtlamanın qarşısını almaqdır. Tabletlərə adətən menstrual siklin beşinci günündən başlanır. İlk günlərdə başlanması həmən aya məxsus yüksək qoruyuculuq yaradır. 21 gün ara verməden gündə bir tablet qəbul edilir, 7 gün ara verilir və yenidən dərman qəbul edilir. Qəbul edən şəxs 7 gün içərisində menstruasiya olur. Derman qorumağı dayandırdığı müddətə qədər 21 gün dərman 7 günlük fasilə ilə qəbul edilir və ən esas məsələ günlük qəbul etdikləri dərmanı unutmamaqdır, çünki dərmanı unutduqlarında qoruyuculuq azalır. Hər gün eyni saatda qəbul edilir.

  1. Laxtalanma problemi olanlar
  2. Damar tıxanıqlığı olanlar
  3. Siqaret çəkənlər
  4. İnfakt keçirənlər
  5. Tromboflebit (damar iltihabı) keçirən xəstələr
  6. Aktiv qaraciyər xəstəliyi olanlar
  7. Sinə xərçəngi olanlar
  8. Ciddi xolesterin yüksəkliyi olanlar
  9. Ciddi nəzarət edilməyən təzyiq yüksəkliyi olanlar
  10. Səbəbi bilinməyən menstrual tsikldan kənar qanama

Əlavə təsirləri hansılardır?

  1. Bulantı, qusma
  2. Baş ağrısı
  3. Sinəde həssasiyyət
  4. Menstrual sikl arası ləkələnmə
  5. Depresiya
  6. Çəki alma
  7. Miqrenı olan pasiyentlərin ağrısı arta bilər
  8. Damar tıxanıqlığının artması (bəzən )

Düşük və abortlardan sonra doğuma nəzarət tabletləri başlamaq üçün gözləməyə ehtiyac yoxdur. Bütün siqaret qəbul edən pasiyentlərə tövsiyyə edilmədiyi halda 35 yaşının üstündə siqaret çəkən xəstələr qətiyyən etməməlidirlər. Təzyiq xəstələrındə isə seçənək deyil ancaq başqa yöntəm olmasa o vaxtı qəbul edilə bilinər (təzyiq nəzarətdədirsə və çox yüksək deyilsə).

Dərin Ven Trombozu damar tıxanıqlığı olan xəstələrə qətiyyən tövsiyyə edilmir Serebrovaskulyar (beyin damarlarında tıxanıqlığı olan qətiyyən qəbul etməməlidirlər. Xolesterin yüksək deyilsə qebul edilə biler.

Miqren xəstələrində nevroloji simptomları (auralı miqren) yəni holusinasiya görmürsə qəbul edə biler. Ancaq əgər auralı miqrendirsə qəbul edilməməlidir. Epilepsiya xəstəliyi olan pasiyentlər üçün OKS əngəl deyil. Endometriozis xəstələri qəbul edə bilər, hətta müsbət təsirləri vardır.

Endometriozis olduqda fasiləsiz istifadə olunur. Çünki ağrını azaltmaq Endometriozis ocaqlarını basdırmaq üçün. Buna bağlı bəzən ara-ara qanamalar müşahidə olunur. Süni mayalanmadan və aşılamadan əvvəl istifadə edə bilərik.

Uşaqlıq boynunda hər hansı bir pataloji dəyişiklik yoxdursa qəbul edə bilərlər. Yumurtalıq kistalarına çox müsbət təsir edir. Süd vəzi kistlarında qəbul etmek olar, süd vəzi xərçəngində istifadə etmək olmaz! Miomu olan pasiyəntlər qəbul edə bilər.

Hipofiz adenoması (prolaktin), diabet (şəkər xəstəliyi) əgər böyrək, göz, damar kimi orqanda heç bir dəyişiklik yaratmayıbsa.

Guatr (hipertroid-hipoteoid) OKS heç bir əks təsiri yoxdur. Sidik kisəsində heç bir əks təsiri olmaqla yanaşı daşı artıra bilər. Siroz və qaraciyərdə qəbulu əks göstərişdir. Anemiya və talesemiya xəstələri qəbul edə bilər. Endometrium xərçənginin yaranmasının qarşısını alır. Ümumiyyətlə sinə xərçəngi son vaxtlar dünyada artmışdır. Dünyada hər 8,9 qadında bir müşahidə olunur. Bunu nəzərdə tutaraq bir xərçəng riskini artırırsa, 3 xərçəng riskini azaltmış olur.

Yumurtalıq, uşaqlıq, bağırsaq xərçəngini əgər 10 il istifadə edirsizsə yüz də əlli uşaqlıq və yumurtalıq, yüz də 20 isə bağırsaq riskini azaltmış olursuz .Başlanğıc yaş mübahisəlidir, ancaq 14 yaşının üzəri istifadə edə bilərlər.

Kontraseptvilərin faydaları

  1. Endometrium, yumurtalıq, bağırsaq xərçənginin azalması
  2. Menstrual sikli normalaşdırma
  3. Premenstrual miqrenlərin azalması
  4. Akne
  5. Hirşuitizm
  6. Endometriozisə bağlı qasıq ağrıları
  7. Premenstrual sindrom
  8. Menoroji (Menstrual tsiklin çox olması qanama)
  9. Dismenori (Menstrual siklin ağrılı olması)
  10. Amenori (Menstrual tsiklin olmaması)
  11. Miomlara bağlı qanamaların müalicəsi
  12. İrəli yaşda KMD (konjenital muskular distrofi ) əzələ xəstəliyi
  13. Menstrual sikla bağlı daha az ağrı müşahidə edilir

OKS (oral kontraseptivlər) hər xanıma uyğun olub olmadığını doktor təyın edir. Onun üçün bilməden istifadə digər orqanların fealiyyətinə çox ciddi zərər yetirə bilər.


Paylaşmaq üçün