+994 55 337 87 37

Hamiləlikdə dişə qulluq necə olmalıdır? – Həkim tövsiyəsi

by Oct 25, 2020Hamiləlik

Paylaşmaq üçün

Hamiləlik zamanı diş baxımı necə olmalıdır? Hamilə xanımlarımız nələrə diqqət etməlidirlər? Bu mövzu ilə bağlı suallarımızı Stomatoloq Dr. Raqif Zakirov cavablandırdı.

Hamiləlikdən öncə diş baxımı nə üçün önəmlidir?

Mütləqdir, hamiləlik özü planlı olmalıdır. Hamiləlik öncəsi stomatoloq müayinəsi planlaşdırılmalıdır. Səbəb, səthi çürüklərin zamanında aşkar olunması, çünki gizlin gedən proseslərə vaxtında müdaxilə gələcəkdə fəsadlaşmamağa imkan yaradır. Bundan başqa diş həkiminə il ərzində 2dəfə müraciət olunmalıdır.

Çürük dişlərin körpəyə bir zərəri varmı?

Var. Nəinki körpəyə, anaya belə zərəri var. Körpənin qidalanması anaya bağlıdır. Bu da qan vasitəsilədir. Ona görə də ananın ağız boşluğunda yaranan infeksiya qan dövranı vasitəsilə sonda gəlib rüşeymə və ya dölə çatır. Bildiyimiz kimi diş çürüklərini bakteriyalar törədir. Ağız boşluğunda daim yaşıyırlar və istənilən an qana keçib infeksiya törətmək qabiliyyətinə malikdirlər.

Hamiləliyin diş sağlamlığına nə kimi təsiri var?

Hamiləliyin diş sağlamlığına təsiri olsa da amma qorxuducu olmamalıdır, yetər ki, bəzi qaydalara riayət edilsin. Planlı hamiləliyin özü bir qaydadır. Yəni stomatoloq müayinəsindən sonra hamiləlik planlamaq. 2cisi hamiləlik – qadın orqanizminin yüklənmə, əlavə işləmə dönəmidir. Bədəndə olan bütün ehtiyatlar körpə üçün səfərbər olunur.

Misal, sümüklərdə olan Ca,P ionlarının anadan körpəyə daşınması. İmmun sistemin uşaqlıq ətrafında daha da güclənməsi və nəticədə ananın dişlərində zəifləmələr, bilirik ki, diş qoruyan minadır, diş minasının əsas tərkibi Kalsium hidroksiapatitdir. Ana orqanizmində Ph.ın dəyişməsi tüpürcəyin baryer funksiyasını zəiflədir.

Hamiləlikdə diş daşları hansı problemlərə yol açır?

Diş daşları yaranması elə tüpürcək ifrazının pozulması, maddələr mübadiləsinin dəyişməsi fonunda baş verir. Bu da nəinki hamilələrdə, normalda da diş daşları və ağız boşluğu üçün problemdir. Daşların yaranması fonunda diş ətlərinin qanaması və ağız boşluğundakı infeksiyanın qana daşınması gələcəkdə hamilə üçün riskdir.

Diş ağrısı olan pasiyentlerde hansı muayine tedbiq edilir?

Söhbət rentgen müayinədən gedirsə bəli tətbiq edilir. Rentgen müayinə qorxulu deyil, ilk 3-5 həftədə belə rentgen etməklə diş müalicə etmək mümkündür. Qəbul olunan 14-20 həftələr arası müalicədir. Bu 2-ci trimesterə düşür.  

Diş çürüdükdə dərhal müdaxilə edilməlidirmi? Yoxsa hansı hallarda gözlənə bilər?

İstənilən halda diş çürüklərində dərhal müdaxilə lazımdır. Dişi bir orqan kimi düşünmək lazımıd. Zamanında müdaxilə etmədikdə problemlər yarana bilər və dişi itirə bilərik ki, bu da normal halda mümkündürsə hamiləlik zamanı bunu etmək biraz risklidir.

Hamiləlikdə kanal müalicəsi edilirmi?

Kanal müalicəsi edilir. İltihabın növündən asılı olaraq müalicə taktikası fərqli olmalıdır. Düzdür bəzi dərmanlardan istifadə bizə imkan vermir ki, tam şəkildə qısa müddətdə müalicə edək, amma bəzən zamanə uzatmaqla, bizə  məsləhət görülən 2-ci trimestrə müalicəni köçürüb həmin zamanda rahat davam edə bilərik.

Hamiləlikdə istifadə edilən kimyasal maddələrin anaya və körpəyə zərarı varmı?

İstifadə etdiyimiz dərmanlar, analgetiklər, anesteriklər və antibiotiklərdir ki, analgetiklər yəni ağrı kəsicilər, ən sadə olaraq parasetamol istifadə oluna bilər. Anestetiklərdən tərkibi adrenalinsiz olan keyidicilər və antibiotiklər, yəni agızdakı və ya diş içərisindəki iltihabı aradan qaldırmaq üçün bakteriya məhv edənlər. Bunlar da aylara görə dəyişir amma sıxlıqla amoxillin tərkibli preparatlardan geniş istifadə olunur ki, bunlar da hamilə xanım üçün risk deyil.

Dişi qırılan hamilə xanım panika etmədən nələr etməlidir?

Toxunmamalıdır, panikaya gərək yoxdur, ağrını gözləmədən həkim stomatoloqa, hansı trimestrdə olmasından asılı olmayaraq müraciət etməlidir. Bəlkə də təkcə plomblamaqla problem həll oluna bilər. İynəsiz və dərmansız. Gecikdirməklə özünə ziyan etmiş olur.

Hamilə xanımlara nələr tövsiyyə edərsiz?

Planlı hamiləlik, smart pregnancy, bu dünyada inkişaf etmiş ölkələrdə xüsusilə yayılıb, düzgün qidalanma, ginekoloqla sıx təmas və stomatoloji yardım zamanı çəkinməsinlər, rentgen olunacaq, iynə vurulacaq, dərman içəcəm…. zamanında müdaxilə hamiləni bu proseslərdən kənarda qoya bilər.


Paylaşmaq üçün