Labiofilinq – xarici genital orqanlara labium mayor (bōyük cinsiyyət dodaqlarına) icra olunan bir cərrahi üsuldur. Xanımlarda yaşa bağlı böyük cinsiyyət dodaqları deformasiyaya uğrayır. Yaşa dolduqca piy toxuması zəifləyir və dolğunluq görüntüsü itir. Bu problem xanımları çox narahat edir və əvvəlki görüntünü bərpa etmək istəyirlər.
Əməliyyata göstərişlər
- Zamanla piy toxumasının atrofiyalaşması
- Dolğunluq görüntünün itməsı
- Cinsiyyət dodaqlarındakı asimetriyanın bərpası
- Gəncləşmə
- Rəng açılımı
- Hiperpigmentasiyanın bərpası
Labiofilinq əməliyyatı 19 yaşından etibarən icra oluna bilinər.
Labiofilinq əməliyyatı pasiyentin şikayətinə əsasən təyin edilir və bundan başqa yaş faktoruda böyük rol oynayır. Yaşad olduqca əməliyyata olan təlabat çoxalır.
- 19 yaşından etibarən-asimetriyanın bərpası, rəng açılımı üçün tədbiq edilir.
- 35 yaşın üzərində isə gəncləşmə, əvvəlki görünümü bərpa etmək, dolğunluq, hiperpiqmentasiyanın bərpası, rəng açılımı, gəncləşmə
Əməliyyat necə icra olunur?
Labiofilinq – spinal, ümumi anesteziya altında icra edilir. Əməliyyatın ümumilikdə davam etmə müddəti 20 dəqiqədir. Qarın nahiyyəsindən, ayaq, bel nahiyyəsindən piy almaq mümkündür. Ən çox qarın nahiyyəsindən alınır, çünki qarın nahiyyəsində alınan piy toxumasında hüceyrələr daha zengindir və istədiyimiz nəticəni tez cavanlaşma, rəng açılımı qarın nahiyyəsindən
alınan piy ilə əldə edirik.
Piy alınır daha sonra maye və qan ayrılır ve sadəcə piy xüsusi alət vasitəsi ilə böyük cinsiyyət dodaqlarına vurulur. Pasiyent 3,4 saat xəstəxanada qaldıqdan sonra evə yazılır.