+994 55 337 87 37

Labioplastika əməliyyatı nədir?

by Apr 22, 2020Labioplastika

Paylaşmaq üçün

Labioplastika əməliyyatı, vagina girişini örtən kiçik və böyük cinsiyyət dodaqlarının normal ölçüyədək kiçildilməsi və forma verilməsi üçün icra olunan estetik əməliyyatdır.

Əməliyyat pasiyentin istəyinə görə ümumi, spinal və əksər hallarda tərcih edilən yerli anesteziya altında aparılır. Uşaqlıq boynunun girişini örtən cinsiyyət dodaqları bəzi hallarda doğum sonrası, hədsiz kökəlib-arıqlama, genital səbəblərdən iriləşir.

Bu hal bəzi narahatlıqlara səbəb olur. Onlar arasına xoşagəlməz görüntü, cinsi əlaqə zamanı kiçik cinsiyyət dodaqlarının sıxışaraq ağrıya səbəb olması, infeksiya ehtimalı, orqazma mane olması, asimmetriya, çimərlik geyimi geydikdə böyük kütlə görüntüsü və s. daxildir.

Cinsiyyət dodaqlarının uzunluğuna görə 4 tipi var:

  • 1-2 sm;
  • 2-4 sm;
  • 4-6 sm;
  • 6 sm-dən böyük.

Labioplastika əməliyyatı niyə edilir?

Qadınlarda labianın böyüməsi doğum, yaşlanma, cinsi fəaliyyət və genetik kimi bir çox səbəbdən ola bilər. Qadınlar müxtəlif səbəblərdən əməliyyat olmağı seçirlər. 

Genişlənmiş bir labiadan əziyyət çəkən bir çox qadın, idman, gigiyena, sidik yolu infeksiyaları, cinsi fəaliyyət və digər fiziki fəaliyyətlərdə çətinlik yaşayır. 

Bununla yanaşı bəzi geyimləri daha rahat geyinmək və bədəni haqqında daha rahat hiss etmək istəyənlər də bu əməliyyatı seçə bilirlər.

Labioplastika etdirmək, diqqətlə düşünməli olduğunuz böyük bir qərardır. Hər estetik əməliyyatda olduğu kimi gözlədiyiniz nəticəni alacağınıza zəmanət yoxdur və bədəniniz haqqında daha yaxşı hiss etmənizi təmin etməyə bilər.

Labioplastika əməliyyatı kimlərə icra oluna bilər?

Labioplastika əməliyyatı 18 yaşını ötmüş bütün xanımlara icra edilə bilər. Bu əməliyyatın bakirəlik pərdəsinə bir zərəri dəymir. Labioplastika ilə birlikdə kombinasiya şəklində vaginoplastika əməliyyatı da aparılır. Menstrual sikl zamanı yox, məhz sonrakı müddətdə icra edilməsi məsləhətlidir.

Əməliyyat 30-40 dəqiqə davam edir. Bir qədər istirahət etdikdən sonra evə yeriyərək getmək mümkündür. Labioplastika əməliyyatında əriyən tikişlər istifadə edilir, bu səbəbdən tikişlər alınmır.

Labioplastika əməliyyat sonrası:

Əməliyyat sonrası 3 gün duş almağa icazə verilmir və 1 həftə tualetə getdikdən sonra sözügedən nahiyə antiseptiklə silinir, çünki əməliyyat yeri təmiz saxlanılmalıdır.

Labioplastika əməliyyatı sonrası genital nahiyə şiş olduğundan 3-4 həftə cinsi əlaqəyə məhdudiyyət qoyulur, çünki ağrı, qanama tikişlərin açılmasına səbəb ola bilər. Əməliyyat sonrası ağrıkəsən və antibiotikdən istifadə edilir.

Labioplastika əməliyyatından əvvəl və sonra.
Labioplastika əməliyyatı

Bir neçə gün şişlik, yüngül qanama, göyərmələr müşahidə edilir. Labioplastikada hər hansı bir risk yoxdur, sadəcə yara sahəsi təmiz saxlanılmalıdır ki, tikişlər atmasın və yara infeksiyası yaranmasın. 1-2 gün ağrı ola bilər.

Labioplastika əməliyyatı ilə birlikdə kliteroplastika da icra edilir. Bu da orqazm və cinsi əlaqə keyfiyyətinin artmasına kömək edir.

Labioplastika sonrası sağalma prosesi

Qadınların genital bölgəsi çox həssasdır və ümumiyyətlə uyğun qulluq tələb edir. Bu səbəbdən, labioplastika kimi bir prosedur həyata keçirərkən, prosedurdan əvvəl bilməyiniz lazım olan bəzi əməliyyat sonrası təlimatlar vardır.

Uzun duşlardan qaçınmalı və hər yuyunmadan sonra yaranı qurulamalısınız. Əməliyyatdan sonra yarana biləcək ağrı və iltihabı azaltmaq üçün cərrah tərəfindən təyin edilən antibiotiklər alınmalıdır, cərrahınız tərəfindən icazə verilənə qədər velosiped sürmək, qaçmaq və digər fiziki fəaliyyətlərdən qaçmaq lazım olacaqdır. 

Fəaliyyətlərə erkən qayıdış, yaraya təzyiq tətbiq edə bilər və sağalma prosesini lazımsız yerə gecikdirir. Dar geyimlər və ya alt paltarları yaraya sürtünməyə səbəb olacağından geyinilməməlidir. Həmçinin, ən az altı həftə ərzində cinsi əlaqəyə girə bilməzsiniz.

Sağalmaq üçün işdən 2 həftəyə qədər icazə almanız lazım ola bilər. Dərinin tam sağalması bir neçə ay çəkə bilər.

Bu müddət ərzində etməli olduğunuz şeylər:

– Bölgəni təmiz və infeksiyadan uzaq saxlayın

– Sürtünməni önləmək üçün bol alt paltarı və geyimlər geyinin

– Təxminən 6 həftə seksdən qaçının

– 6 ilə 12 həftə boyunca fiziki fəaliyyətdən qaçının

– Bir neçə həftə tampon yerinə gigiyenik dəsmal istifadə edin

– Cərrahınız sizə əlavə olaraq daha spesifik məsləhətlər verə bilər.

Bu məlumat yalnız maarifləndirmə məqsədi daşıyır və tibbi məsləhət əvəzi deyildir. Hər hansı sağlamlıq problemləri üçün həmişə həkim mütəxəssis ilə məsləhətləşin.


Paylaşmaq üçün