+994 55 337 87 37

Labioplastika əməliyyatı nədir?

by Apr 22, 2020Labioplastika

Paylaşmaq üçün

Labioplastika əməliyyatı, vagina girişini örtən kiçik və böyük cinsiyyət dodaqlarının normal ölçüyədək kiçildilməsi və forma verilməsi üçün icra olunan estetik əməliyyatdır.

Əməliyyat pasiyentin istəyinə görə ümumi, spinal və əksər hallarda tərcih edilən yerli anesteziya altında aparılır. Uşaqlıq boynunun girişini örtən cinsiyyət dodaqları bəzi hallarda doğum sonrası, hədsiz kökəlib-arıqlama, genital səbəblərdən iriləşir.

Bu hal bəzi narahatlıqlara səbəb olur. Onlar arasına xoşagəlməz görüntü, cinsi əlaqə zamanı kiçik cinsiyyət dodaqlarının sıxışaraq ağrıya səbəb olması, infeksiya ehtimalı, orqazma mane olması, asimmetriya, çimərlik geyimi geydikdə böyük kütlə görüntüsü və s. daxildir.

Cinsiyyət dodaqlarının uzunluğuna görə 4 tipi var:

  • 1-2 sm;
  • 2-4 sm;
  • 4-6 sm;
  • 6 sm-dən böyük.

Labioplastika əməliyyatı kimlərə icra oluna bilər?

Labioplastika əməliyyatı 18 yaşını ötmüş bütün xanımlara icra edilə bilər. Bu əməliyyatın bakirəlik pərdəsinə bir zərəri dəymir. Labioplastika ilə birlikdə kombinasiya şəklində vaginoplastika əməliyyatı da aparılır. Menstrual sikl zamanı yox, məhz sonrakı müddətdə icra edilməsi məsləhətlidir.

Əməliyyat 30-40 dəqiqə davam edir. Bir qədər istirahət etdikdən sonra evə yeriyərək getmək mümkündür. Labioplastika əməliyyatında əriyən tikişlər istifadə edilir, bu səbəbdən tikişlər alınmır.

Labioplastika əməliyyat sonrası:

Əməliyyat sonrası 3 gün duş almağa icazə verilmir və 1 həftə tualetə getdikdən sonra sözügedən nahiyə antiseptiklə silinir, çünki əməliyyat yeri təmiz saxlanılmalıdır.

Labioplastika əməliyyatı sonrası genital nahiyə şiş olduğundan 3-4 həftə cinsi əlaqəyə məhdudiyyət qoyulur, çünki ağrı, qanama tikişlərin açılmasına səbəb ola bilər. Əməliyyat sonrası ağrıkəsən və antibiotikdən istifadə edilir.

Labioplastika əməliyyatından əvvəl və sonra.
Labioplastika əməliyyatı

Bir neçə gün şişlik, yüngül qanama, göyərmələr müşahidə edilir. Labioplastikada hər hansı bir risk yoxdur, sadəcə yara sahəsi təmiz saxlanılmalıdır ki, tikişlər atmasın və yara infeksiyası yaranmasın. 1-2 gün ağrı ola bilər.

Labioplastika əməliyyatı ilə birlikdə kliteroplastika da icra edilir. Bu da orqazm və cinsi əlaqə keyfiyyətinin artmasına kömək edir.


Paylaşmaq üçün