+994 55 337 87 37

Miomalar nədir?

by May 5, 2020Mioma

Paylaşmaq üçün

Ovulyasiya dövründəki hər 4 qadından birinin həyatının müəyyən hissəsində mioma müşahidə olunur. Mioma hər yaşda ola bilər, ancaq 35 yaşdan yuxarı qadınlarda 40/100 təsadüf edir.

Miomaların yaranmasına səbəb, düz əzələ hüceyrələri və fibroz birləşdirici toxumadan əmələ gələn, xərçəng olmayan sərt və toplu xoşxassəli şişlərdir. Proses miomaların yerləşməsindən asılı olaraq bəzən simptomsuz keçir. Təsadüfi USM nəticəsində mioma olduğunu aşkar edirik.

Miomalar böyüdükcə sidik kisəsi ilə əlaqəli problemlər ortaya çıxır. Tez-tez sidiyə getmə və yaxud bağırsağa təzyiq edərək qəbizlik, gücənmə kimi hallar müşahidə olunur. Menstrual qanamaların uzun və şiddətli olması nəticəsində uşaqlıqda şişlər yaranmış, uşaqlıq böyümüş olur.

Normalda menstrual sikl 4-5 gün davam edirsə, bu halda 8-10 gün davam edir və, beləliklə, qadında anemiya yaranır, nəticədə tez yorulma, təngənəfəslik, ürək döyüntüləri sayının artması müşahidə edilir.

Estrogen hormonu, qadın orqanizmində müsbət rol oynasa da, miomanın böyüməsinə gətirib çıxarır. Buna ən böyük misal hamiləlikdən öncə 1 sm-lik miomanın hamiləlik zamanı 3 sm-dək çatmasıdır. Qaradərili və artıq çəkisi olan xanımlarda mioma daha çox rast gəlinir.

miomlar nədir?

Miomanın əlamətləri nələrdir?

Çox vaxt əlamətsiz olsa da, daimi kontrol müayinə gedişatında aşkarlanır. Yerləşməsinə və ölçüsünə görə bir sıra simptomlara bölünür. Qanama siklində dəyişiklik, şiddətli qanamalar, tez-tez və uzunmüddətli qanama, qanama zamanı sancı, qanamayla bağlı anemiya, qarın və bel nahiyələrində ağrı, sidik kisəsinə basqı, tez-tez sidiyə getmə, sidiyə gedərkən çətinlik, qəbizlik, sonsuzluq, düşük, bel və ayaq ağrısı.

Miomaların növləri:

  • submukoz və ya selikaltı;
  • subseroz və ya peritonaltı;
  • intramural və ya əzələarası.

Submukoz və ya selikaltı mioma uşaqlığın iç divarında, yəni endometrium qatında yerləşir. Uzunmüddətli şiddətli qanama və ağrıya səbəb olur. Hamilə qalmağa çalışan qadınlarda bir sıra problemlər, eyni zamanda düşük təhlükəsi yaradır. Submukoz mioması olan xanımlara əməliyyat tövsiyə edilir.

Subseroz və ya peritonaltı mioma uşaqlıq üzərində, ya da ayaqcıq vasitəsi ilə yerləşir. Ayaqcıq üzərində yerləşən mioma öz ətrafında dönərsə, ağrıya, ürəkbulanma və qızdırmaya səbəb olur. Sürətli böyüyən mioma ağrıya yol açır. Əgər mioma xəstəyə heç bir şikayət etdirmirsə, ölçüsü kiçikdirsə və təqib müddətində hər hansı bir dəyişiklik yoxdursa, xəstəyə menopauzaya qədər nəzarət edilir.

İntramural və ya əzələarası mioma əzələ qatında yerləşir. Əgər bu mioma endometrium qatına basqı etmirsə, qanama, ağrı yoxdursa, sadəcə ölçüsündən asılı olaraq təqib edilir.

Müayinə:

USM və ya MRT vasitəsilə təyin edilir.

Cərrahi müdaxilə

Miomanın yerləşməsindən asılıdır. Əgər submukoz miomadırsa, histeroskopiya; intramural və yaxud subseroz miomadırsa, mioma laparoskopiya (qapalı) və ya total abdominal histerektomiya (açıq) yolları ilə xaric edilir.

Əməliyyat cərrahi müdaxilənin növündən asılı olaraq dəyişir. Ortalama 45 dəqiqədən 1,5 saatadək davam edir. Pasiyent 2-3 gün xəstəxanada qaldıqdan sonra evə çıxır və 1 həftəyə əvvəlki vəziyyətinə qayıdır.


Paylaşmaq üçün