+994 55 337 87 37

Anormal uşaqlıq qanaxmaları

by Apr 28, 2020Uşaqlıq qanamaları

Paylaşmaq üçün

Menstrual qanamaya uşaqlığın gözyaşları deyilir. Ortalama menstrual sikl hər 28 gündən bir olur. Təbii ki, 21-35 gün arası dəyişir və bu da normal menstrual sikl hesab edilir.

Menstrual sikl, adətən, 3-5 gün davam edən (2-7 gün arası normal menstrual sikl) sayılır. Bu dövrdə qanama 30 ml olub 2 xörək qaşığına bərabərdir. 80 ml-dək norma hesab edilir, ancaq menstrual sikl zamanı qanama 80 ml-dən artıq olarsa (5,5 yemək qaşığına bərabər), bu hal artıq hipermenoreya adlanar.

Gün ərzində istifadə edilən pedlərin sayı normada 1-5 arasıdır, ancaq, təbii ki, xanımların təmizkarlığı və hansı sıxlıqla dəyişməklərindən asılıdır, çünki bu zaman tam məlumatlı ola bilmirlər.

7 gündən artıq və pedlərin sayı gündəlik 1-5-dən artıq olarsa, bunun səbəbini araşdırmaq lazımdır, çünki anormal hal olaraq qiymətləndirilir. Anormal menstrual qanama üçün tibbi termin menorragiyadır (gur aybaşı).

Anormal menstrual qanamanın növləri:

Polimenoreya21 gündən çox qanama
Oliqomenoreya35 gündən çox qanama
Hipermenoreya80 ml-dən çox qanama
Menoreya7 gündən çox davam edən qanama
MetrorragiyaQeyri-müntəzəm aralıqla qanama
MenometrorragiyaQeyri-müntəzəm və çox miqdarda qanama

Əlamətlər:

  • menstrual qanama hər saat və ya daha çox ped;
  • 7 gündən çox qanama;
  • laxta şəklində qanama;
  • menstrual sikl zamanı qarnın aşağı nahiyəsində ağrı ve sancı;
  • iki menstrual periodun 21 gündən az və 35 gündən uzun müddət olması;
  • yorğunluq, bitkinlik və ya nəfəs darlığı (anemiyayla bağlı);
  • cinsi əlaqədən sonra meydana gələn qanama;
  • menopauzadan sonra ortaya çıxan qanama.

Postmenopauzal qanama, adətən, anormaldır və ginekoloq tərəfindən qiymətləndirilməlidir. Klimaks sonrası qanamanın səbəblərinə hormon istifadəsi, uşaqlıq və uşaqlıq yolunda incə həssəs təbəqə infeksiyası (vaginal atrofiya) və zamanla xərçəngə gətirib çıxaran histoloji dəyişiklik daxildir.

10-12 yaş arası qız uşaqları ilk menstruasiya görürlər və 16 yaşa qədər menstrual siklin qeyri-müntəzəm olması norma hesab edilir (hipotalamus, hipofiz və yumurtalıqların işləməsi yerinə oturmadığı üçün). Əgər digər cinsi yetkinlik əlamətləri varsa və 16 yaşından etibarən aybaşı qeyri-müntəzəmdirsə, artıq bu hal anormal sayılır.

Dəyərləndirilmə:

  • “Pap-smear” testi; (Bu test nədir?)
  • endometrial biopsiya (3,5 balla);
  • USM;
  • MRT;
  • sonohistereoqrafiya.

Müalicə:

  • medikamentoz;
  • uşaqlıqdaxili cihaz (hormonal, spiral);
  • cərrahi müdaxilə (xəstəliyə görə qərar verilir).

Anormal uşaqlıq qanamalarının səbəblərini (ingiliscə) PALM və COEIN abbrevituraları izah edir.

PALM:
P. Polip, uşaqlığın daxili qatından (endometriumdan) meydana gələn bir ət parçasıdır. Əsasən, uşaqlıq dibi nahiyəsində yaranır və estrogen hormonu ilə bağlıdır.
A. Adenomioz usaqlığın əzələ qatında yerləşməsi ilə xarakterizə olunur.
L. Leyomioma;
M (malignancy). Bədxassəli mioma (xərçəng öncəsi və xərçəng).

COEIN:
C. Koaqulopatiya (qanama və laxtalanma pozğunluğu);
O. Ovarial disfunksiya (yumurtalıqlarda baş verən pozğunluq, kistalar);
E. Endometrial (uşaqlığın daxili qatı) pozğunluq-
I (iatrogenic). Yatrogen (dərman qebulu) hormonal və ya digər dərmanlarla elaqəli;
N (not yet classified). Səbəbi bilinməyən.

  1. Ovulyasiyanın olmaması və ya qeyri-müntəzəm ovulyasiya.
  2. Səbəbsiz bezen.
  3. Stres, idman, piylənmə, sürətli arıqlama və ya kökəlmə.
  4. Anormal hormon ifrazı (ən çox tiroid, prolaktin və kişi hormonlarının yüksəkliyi).
  5. Prolaktin artıran dərmanlar (depressiya və şizofreniya müalicəsində istifadə edilən dərmanlar).
  6. Uşaqlıq, uşaqlıq boynu və uşaqlıq yolu ilə bağlı səbəblər.

Uşaqlıqla bağlı yaranan xəstəliklər:

  • endometriumun qalınlaşması;
  • infeksiya;
  • hiperplaziya (anormal hüceyrəvi dəyişiklik);
  • xərçəng.

Uşaqlıq əzələləri ilə bağlı yarananlar:

  • uşaqlıq miomaları; (miomalar nədir?)
  • uşaqlıq əzələsi qatında endometrium yerdəyişməsi (adenomioz).

Uşaqlıq boynu ilə bağlı xəstəliklər:

  • polip; (poliplər haqqında videomuzu izləyin)
  • infeksiya (xlamidiya, cinsi yolla yoluxan xəstəlik);
  • xoşxassəli hüceyrəvi dəyişiklik (ektopion vəzi eroziyası);
  • anormal hüceyrəvi dəyişiklik (GİN);
  • xərçəng.

Uşaqlıq yolu (vagina) ilə bağlı:

  • infeksiya;
  • menopauzada olan xanımlarda vaginal təbəqənin incəlməsi;
  • anormal laxtalanma (Villebrand xəstəliyi);
  • hormonal pozğunluq, sirroz xəstələrində qanama problemi;
  • bilinməyən hamiləlik və ya bilinən hamiləliklə bağlı qanama.
  • Uşaqlıqdankənar hamiləlik zamanı düşük təhlükəsi, ölü döl, mol hamiləlik (üzüm hamiləliyi, beçəxor) ehtimalı artır. Bu vəziyyətdə qanama müşahidə edilir.

Diaqnoz necə qoyulur:

  • menstrual siklin vaxtında olub-olmaması üzrə anamnez toplanır;
  • qan sulandırıcı dərman qəbul edilirmi;
  • ailədə anormal qanaması olan varmı;
  • hamiləliyin təsdiqi və ya inkarı (İXQ, yəni insanın xorionik qonadotropini);
  • hemoqlobin səviyyəsinin müəyyən edilməsi üçün qan analizi (12-16 q/l);
  • tiroid və hormonlar;
  • prolaktin (stres, cinsi əlaqə zamanı və ya yeməkdən sonra yüksələ bilər);
  • testosteronun qadında var olan miqdarı yüksəkdirsə, qanama müşahidə edilir və ən geniş yayılmış səbəb, yumurtalıqların polikistozu sindromudur.

Paylaşmaq üçün