+994 55 337 87 37

Hudoplastika əməliyyatı

by Feb 28, 2025Plastik əməliyyat

Paylaşmaq üçün

Hudoplastika əməliyyatı (klitoris estetikası), klitoris üzərindəki çıxıntıların və ya artıq dərinin kəsim yolu ilə çıxarılmasıdır. Klitoris üzərində normadan artıq dəri olması cinsi həyat rahatlığına mənfi təsir göstərə bilər.

Vajina; müxtəlif səbəblərdən əvvəlki görünüşünü itirə bilər və bu vəziyyət qadınlarda psixoloji problemlərə səbəb ola bilər. Gözəl və cəlbedici görünmək qadınlar üçün əhəmiyyətli bir məsələdir. 

Vajinanın genişlənməsi, vajinanın sallanması kimi problemlərlə üzləşdikdə genital estetik əməliyyatlara müraciət edilir. Genital bölgənin deformasiya olması cütlüklər arasında cinsi həyata mənfi təsir göstərir. 

Genital bölgənin pis görünüşdə olması şəxsin utanc hissi keçirməsinə səbəb olur. Genital estetik əməliyyatlardan sonra şəxslər estetik görünüşə sahib olmaqla cinsi həyatlarının aktiv olmasına imkan yaradır.

Klitoris bölgəsində deformasiya niyə yaranır?

Klitoris üzərində çıxıntılı, sallanmış dəri görünüşünün səbəbi əsasən anadangəlmədir. Vajinal doğuş da klitoris üzərində qatlanmış dərinin yaranmasına səbəb ola bilər. Bundan əlavə, çəki alıb-vermə nəticəsində dərialtı yağ toxumasının incələrək sallanmış görünüş yaratması da bu deformasiyanın səbəblərindəndir.

Hudoplastika əməliyyatı necə edilir?

Hudoplastika əməliyyatı spinal anesteziya və ya larinyal maska vasitəsi ilə həyata keçirilir. Hamilə və ya əmizdirmə dövründə olmayan, cərrahi əməliyyata mane olan hər hansı sağlamlıq problemi olmayan və 18 yaşını keçmiş hər qadın bu əməliyyatı etdirə bilər.

Hudoplastikadan əvvəl xəstə ginekoloji müayinədən keçirilir. Artıq dərinin çıxarılması üçün klitorisin yan hissəsindən və ya mərkəzindən kəsik edilir. Sonra artıq dəri çıxarılır və klitorisə forma verilir.

Son olaraq bədəndə əriyən iplərlə tikiş atılaraq prosedur tamamlanır. Əməliyyatdan sonra xəstəxanada yatmağa ehtiyac yoxdur. Xəstələr əksər hallarda eyni gün evə buraxılır.

Hudoplastika əməliyyatı

Hudoplastika əməliyyatı sonrası iz qalırmı?

Hudoplastika əməliyyatından sonra iz qalmır. Əməliyyat zamanı toxuma mümkün qədər iz görünməyəcək şəkildə kəsilir. Həmçinin əməliyyatda bədəndə öz-özünə əriyən tikiş ipləri istifadə olunduğu üçün tikişləri çıxartmağa ehtiyac qalmır.

Hudoplastika sonrası nələrə diqqət edilməli?

Hudoplastika əməliyyatdan 2-3 həftə sonra cinsi əlaqəyə icazə verilir. Həmçinin gigiyenaya diqqət yetirmək də infeksiya riskini azaltmaq baxımından vacibdir.

Həkimin tövsiyə etdiyi antibiotik dərmanların müntəzəm istifadəsinə də diqqət yetirilməlidir. Hudoplastika əməliyyatından 4 həftə (1 ay) sonra dənizə, hovuza, hamama və ya saunaya icazə verili. İş və ya sosial həyata uzun müddət fasilə verməyə ehtiyac yoxdur, əməliyyatdan sonra bir neçə gün evdə dincəlmək kifayət edəcəkdir.

Hudoplastika cinsi həzzə təsir edirmi?

Ginekoloji estetik əməliyyatları arasında ən çox tətbiq olunan əməliyyat olan hudoplastikadan sonra cinsi həzz artır. Çünki klitoral hudoplastika əməliyyatında klitorisi örtən dəri düzəldildiyi üçün klitoris daha çox stimulyasiya olunur.

Bu məlumat yalnız maarifləndirmə məqsədi daşıyır və tibbi məsləhət əvəzi deyildir. Hər hansı sağlamlıq problemləri üçün həmişə həkim mütəxəssis ilə məsləhətləşin.




Paylaşmaq üçün