+994 55 337 87 37

Sonsuzluq nədən əmələ gəlir? Səbəb və müalicəsi

by Jun 15, 2020Sonsuzluq

Paylaşmaq üçün

Sonsuzluq, müntəzəm cinsi əlaqəyə baxmayaraq, 1 il ərzində hamiləliyin olmamasıdır. Cütlük 35 yaşdan yuxarıdırsa, bu müddət azalır və altı ay qəbul edilir. Yayılmış və önəmli sağlamlıq problemidir. Dünyada hamiləlik hədəfləyən cütlüklərin hər biri 10-15% sonsuzdur.

Sonsuzluq qadın və kişi səbəbi ilə ola bilər. Qadınla bağlı ən çox yumurtlama pozulması və boruların tıxanıqlığıdır. Bəylərdə isə, adətən, sperma sayı, hərəkəti, quruluş pozulmaları sonsuzluğa gətirib çıxarır. Ancaq 15-20% hallarda hər hansı bir səbəb tapılmaz və bu səbəbi məlum olmayan sonsuzluq hesab edilər.

Sonsuzluq, adətən, 2 qrupa ayrılır:

1. Birincili sonsuzluq – daha öncə heç hamiləliyi olmayan cütlüklərə;

2. İkincili və ya qazanılmış sonsuzluq – daha öncə hamiləliyi olan, lakin sonradan sonsuzluğu yarananlara aid edilir.

Əsasən, 40 yaşından yuxarı qadınlarda sonsuzluq ehtimalı daha yüksəkdir. 42 yaşında olan qadınların sonsuzluq müalicəsində şansı çox aşağıdır, 1-2%-dir. Bu səbəbdən yaşı 35-dən yuxarı olan qadınlarda hamilə qalmama müddəti 6 aydır.

Sonsuz cütlüklər necə dəyərləndirilir?

Xanımlardan və bəylərdən kifayət qədər anamnez toplanılmalıdır: qadınlardan çəki, boy, qəbul edilən dərmanlar, sistematik xəstəliklər, menstrual sikl (ağrı mövcüddurmu), qorunma hekayəsi (əlaqədən sonra vaginal duş hekayəsi), endometrioz hekayəsi, daha əvvəlki hamiləliyi və nəticəsi, keçirilmiş əməliyyatlar və infeksiyalar; bəylərdən isə ümümi sağlamlıq (idman, zərərli vərdişlər), keçirilmiş cərrahi müdaxilə və infeksiyalar, müalicə, əlaqə sıxlığı. Laboratoriya testləri: spermoqramma, hormon testləri, yumurtlama, yumurtalıq rezervi, boru filmi (HSG).

Sonsuzluğun səbəbləri:

Kişi faktoru, borularla bağlı, yumurtlama pozulması, uşaqlıq boynu ilə əlaqədar xəstəliklər. 40% sperma sayı, 25% infeksiya faktoru, yumurtlama faktoru, borularla bağlı 25% hallarda. Cinsi yolla yayılan infeksiyalar, cərrahi müdaxilədən sonra yaranan sineksiyalar (yapışqanlıq), endometrioz bununla bağlıdır. Uşaqlıq boynu səbəbindən, səbəbi bilinməyən 5% hallarda. Miomalar, Aşerman sindromu (yapışqanlıq).

Yumurtlama faktoru.

Yumurtlamanın olmaması, yumurtlamanın pozulması, qeyri-müntəzəm menstruasiya aybaşının olmamasından meydana gələr və iş qabiliyyətini itirər. Bununla bağlı polikistik yumurtalıq sindromu (100 qadından 7-sində müşahidə edilir), hormonal disbalans, qalxanabənzər vəzi xəstəliyi, prolaktinin artması, hipotalamusla əlaqədar menstruasiyanın olmaması ilə qarşılaşıla bilər və bu zaman (hədsiz stres, ciddi idmanla məşğul olma və ya çəki azlığı) TSH hormonuna diqqət yetirilər.

Borularla bağlı problemlər.

Adətən, xroniki infeksiyalar boruların tıxanmasına və ya boru ilə yumurta arasında yapışıqlığa səbəb olur. Yapışqanlıq normal vəziyyətin pozulmasına və yumurtlama zamanı yumurtanın boru tərəfindən tutulmasının qarşısını alacaqdır. Cərrahi müdaxilələr və ciddi qarıniçi infeksiyalar borular və yumurtalıqlar arasında yapışıqlığa səbəb olacaq.

Endometrioz, yayılmış bir faktordur, bu da endometrioma, yəni şokolad kistasının yaranmasına yol açır. Boruları HSG edərək açıq və ya qapalı olduğu təyin edilir. Uşaqlıq daxilinə kontrast maddə yeridilir və rentgen nəzarəti altında baxılır.

Müalicə üsulları.

Boruların əgər uc hissəsi (fimbrial hissə) bağlıdırsa, açılması və ya yapışqanlıq olduğu təqdirdə aradan qaldırılması 30-35% hallarda normal hamiləliyin bərpa edilməsinə imkan verir.

Kişi faktoru: varikosel, hidrosel travma, hormonal disbalans, sperma yolunun tıxanması və ya anadangəlmə yoxluğu, xromosom anomaliyalarının yaranmasını idarə edən genlərdə pozulma. Müalicə şüa və kimyəvi terapiya ilə aparılır. Bəzi hallarda səbəb tapılmır.

Uşaqlıq boynu faktoru.

Yumurtlama zamanı və əvvəlində uşaqlıq boynu ifrazatı incə, şəffaf, elastik  və miqdar olaraq çox olur. İnfeksiya uşaqlıq boynu ilə sonsuzluğa səbəb olur. İmmun sistemi, keçirilmiş infeksiyalar spermanın uşaqlıq boynunda hərəkətsiz hala gəlməsi ilə nəticələnir. Uşaqlıq boynundan götürülmüş biopsiya və eroziyanın yandırılması və s. müdaxilələr və ya LEEP əməliyyatı (ilgəklə elektrocərrahi kəsilmə proseduru) ilə uşaqlıq boynunun bir qisminin kəsilib götürülməsi təsir edir. Uşaqlıq boynu ilə bağlı yaranan problemlərdə ən yaxşı müalicə metodu, inseminasiya (aşılama) və süni mayalanmadır. Səbəbi bilinməyən sonsuzluqla əsas prinsipimiz laparoskopik diaqnoz qoymaqdır.

20-24 yaş, hamilə qalmaq üçün ən ideal dövrdür. Sonsuzluq müddəti artdıqca hamilə qalma ehtimalı azalır. 5-6 cütlükdən biri sonsuzluq şikayəti ilə müraciət edir. Hamilə qalmaq üçün bizə sağlam uşaqlıq lazımdır və ən azı boruların biri açıq olmalıdır, yumurtalığın birində follikul yetişməlidir. Sonsuzluq dedikdə ilk xanımlar nəzərdə tutulur, ancaq 30% xanımlar və 30% bəylər səbəbdir. Yüzdə 15-25% səbəbin nə olduğunu təyin edə bilmirik. Hər 2 cütlükdən birində heç bir problem olmadığı halda (idiopatik) hamiləlik müşahidə edilmir. Erkən yumurtalıq çatışmazlığına səbəb olur. Adi bir iltihab boruların tıxanıqlığına gətirib çıxarır. Borularda iltihab ağrı və temperatur, ciddi axıntılara yol açır, çəkilə bilə və ya yerində sadəcə maye qala bilər (hidrosalpinks). Hidrosalpinks olduqda hamiləlik düşünülmür və süni mayalanma riskini azaltdığı üçün borular xaric edilməli olur. Miomalar, poliplər sonsuzluğa gətirəcək faktorlardan biridir (submukoz, intramural mioma endometriuma basqı edərsə).

Təbiət öz işinə kömək etməyəni aradan götürür. 35 yaşdan yuxarı cütlüklərdə yumurtalıq rezervi azaldığı üçün daha erkən vaxtlarda müalicəyə başlanılır. Məsələn, 37 yaş, kritik yaşdır, çünki follikul sayı 25.000, 51 yaşda isə 1000 təşkil edir. Yumurtalıq rezervini göstərən AMH, FSH, E2-dir. Müalicəsi yumurtalıq stimulyasiyasıdır:

– oral;

– qonadotropin;

– intrauterin inseminasiya (aşılama);

– süni mayalanma.

Uşaqlığı dəyərləndirdikdə:

– transvaginal USM;

– HSG;

– histeroskopiya;

– MRT.

Endometriumun kifayət qədər qalınlaşması, vərəm borularda sonsuzluq əmələ gətirir.

İnseminasiya.

Follikul sayı artdıqca hamiləlik irəliləyir. 10 milyondan çox sperma hamiləlik ehtimalını artırır. Bəzən sadə yumurtalıq stimulyasiyası edilir və cütlüklərin ya öz əlaqəsi baş tutur, ya da inseminasiya (aşılama) edilir.


Paylaşmaq üçün